Tolerantlığın beşiyi

İyun ayının 10-da Lahıc qəsəbə tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ( DQİDK) Şamaxı şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tolerantlığın beşiyi
müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsinin İsmayıllı rayonu üzrə əməkdaşı Tural İbrahimov, RİH başçısının Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Fikrət Haqverdiyev, məktəbin direktoru Hikmət Haqverdili, Lahıc qəsəbəsinin dini icmasının üzvü Hüseynağa Kamilzadə, qəsəbə məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Г‡ıxış edənlər 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə mövcud olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıblar. Bildirilib ki, multikulturalizm Azərbaycanda ümumi, hamı tərəfindən birmənalı şəkildə qəbul olunmuş həyat tərzidir, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonda ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyan “Fitnə” filmi nümayiş olunub.
Nəsimi Teymurov

Şərh Yaz