İstedad sorağında

10 iyun 2016-cı il tarixdə Uşaq Yaradıcılıq Mərkəzində 2015-2016-cı tədris ilinin yekunlarına həsr edilmiş “İstedad sorağında 2016” adlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov, YAP İsmayıllı rayon Təşkilatının sədri Əzizə Vahabova, İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Məhərrəm Əhmədov, Təhsil Nazirliyi 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, məktəb direktorları, müəllimlər, şagirdlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İstedad sorağında
Tədbir məktəblilərin hazırladığı mahnı, şeir və dram səhnəciyindən ibarət kompozisiyalarla başladı. Məktəblilərin hazırladığı kompozisiyalar alqışlarla qarşılanırdı. Xüsusən Dövlət Bayrağının səhnəyə gətirilməsi anı tamaşaçılar tərəfindən ayaqüstə və uzun müddətli alqışlara səbəb oldu. Şagirdlərin ifasında səsləndirilən mahnı və şeirlər vətənpərvərlik mövzusunu əhatə etdiyi üçün zalda tez-tez izdihamlı anlar yaşanırdı.
Bədii hissə başa çatdıqdan sonra rəsmi hissə başlandı. Giriş sözü Rayon İcra Hakimiyyətinin Başçısının müavini Sevil Əhmədovaya verildi. Sevil xanım tədbir iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqovun salamların çatdıraraq sözə başladı. İsmayıllı təhsilinin uğurlarından danışaraq qazanılan uğurlara görə hər bir müəllimə minnətdarlığını çatdırdı. Qazanılan uğurlar görə şagirdləri öz adından və icra başçısı adından təbrik edərək, gələcək həyatda müvəffəqiyyətlər arzuladı.
2015-2016-cı tədris ilində Beynəlxalq və Respublka səviyyəli yarışlarda yer tutaraq uğur qazanmış 115 nəfər şagird İsmayıllı Rayon Təhsil Şöbəsinin və ATİHİK-nin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
İstedad sorağında
Yekunda rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov çıxış edərək “İstedad sorağında” adlı tədbirin İsmayıllıda ənənə halını aldığını vurğulayaraq belə bir tədbirin əhəmiyyətini qeyd etdi. Qazanılan uğurlara görə bütün İsmayıllı təhsil işçilərini və təhsil ictimaiyyətini təbrik etdi. Qazanılan uğurlara görə əmək sərf etmiş hər kəsə, hər bir müəllimə xüsusi minnətdarlığını çatdırdı. Rasim müəllim bildirdi ki, bu tədbir il ərzində şagirdlər tərəfindən qazanılmış uğurların qeyd edilməsi və şagird nailiyyətinin rəğbətləndirilməsinə yönəldilib. Müəllimlərin qazandıqları uğurlar hər il olduğu kimi qarşıdan gələn müəllimlər günündə qeyd olunacaq və hər bir uğur qazanmış müəllimin əməyi Təhsil Şöbəsi tərəfindən qiymətləndiriləcəkdir.
Gülnarə Mirzəliyeva

Şərh Yaz