Vətən üçün nə etməli?

13 iyun 2016-cı il tarixdə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək ictimai birliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində (İPTM) “Vətən üçün nə etməli?” mövzusunda elmi-praktik konfrans keçirilib.
Vətən üçün nə etməli?
Vətən üçün nə etməli?
Maraqlı tədbirə dəvət alanları İPTM-nin direktoru Zaur Muradov salamlayıb. Bu qəbildən olan tədbirlərin keçirilmə mahiyyəti barədə açıqlamadan sonra elmi-praktik konfrans öz işini davam etdirib.
Konfransda İsmayıllı RİH-nin əməkdaşı Gülər Baxışova, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, layihə rəhbəri Yəhya Babanlı, İPTM-nin müəllim və şagird heyəti iştirak edib.
Tədbir gənclərə vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni sərvətlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyıb. Təlimçi Telman Niftiyev mövzu ilə əlaqədar məruzə edib.
Konfrans mövzu ətrafında maraqlı və qarşılıqlı diskusiya səraitində başa çatıb. Konfransın gedişində fəallıq nümayiş etdirənlərə ictimai birliyin Diplomları təqdim edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz