Növbəti və möhtəşəm uğur

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə əməkdaşlığı ilə hər il “Ekoerudit” məktəblilərin respublika ekoloji breyn-rinq bilik yarışı keçirilir.
Növbəti və möhtəşəm uğur
“Ekoerudit” breyn-rinq bilik yarışmasının əsas məqsədi məktəblilərin ekoloji biliyinin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.
Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibət formalaşdırmaq,
Təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirmək, ekoloji bilikləri sınağa çəkməkdən ibarətdir.
İsmayıllı rayonundakı Təzəkənd kənd tam orta məktəbinin “Babadağ” komandası 2016-cı ilin aprel ayında İsmayıllı məktəbliləri arasında və 29 aprel 2016-cı il tarixdə 14 rayonun komandaları arasında birinci yeri tutaraq respublika turuna vəsiqə qazanmışdılar.
10 iyun 2016-ci il tarixdə Bakı səhərində ARDNŞ-nin Eko-parkında məktəblilərin Respublika ekoloji breyn-rinq yarışmasının final mərhələsi keçirilib. Finalda Gəncə, Xaçmaz, Neftçala, Qaradağ rayon və Bakı (3 komanda ilə), Şirvan, Sumqayıt şəhərlərinin komandaları, həmçinin İsmayıllı rayonunu təmsil edən Təzəkənd kənd tam orta məktəbin komandası iştirak edirdilər.
Gərgin keçən yarışmada Təzəkənd kənd tam orta məktəbin komandası bütün rəqibləri üstələyərək Respublika birincisi oldular. Qazanılan uğura görə İsmayıllı rayon təhsil ictimaiyyətini təbrik edirik. Komandanın qalib gəlməsində daha çox zəhməti olan Təzəkənd kənd tam orta məktəbinin coğrafiya müəllimi Elşad Vahabova təşəkkürlərimizi bildiririk.
Komandanın kapitanı Ülkər Süleymanlıya, üzvləri – Məhsəti Rzalıya, Ağaxan Bağırlıya, Novruz Şabanlıya və Əziz Səmədliyə təşəkkür edir və daim öncüllərdən olmağı arzulayırıq.
Cavanşir Abbasov,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz