Yüksək uğurlara çağırış

Xəbər verdiyimiz kimi, İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Topçu kənd tam orta məktəbində “İKT imkanlarından səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə prosesində multikultral dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Yüksək uğurlara çağırış
Gözlənildiyindən daha uğurlu alınan konfransdan sonra RTŞ-nin müdiri, Əməkdar müəllim Rasim Orucov Topçu kənd tam orta məktəbinin müəllimlərini – direktor Xavər Allahverdiyeva, İzzət Şirəliyev, Tünzalə Məhərrəmova, Dürdanə Bünyətova və Aynurə Məmmədovanı Təhsil Şöbəsinin Fəxri fərmanları və hədiyyələri ilə təltif edib.
Tədbirə ev sahibliyi etmiş pedaqoji kollektiv göstərilən diqqəti daha yüksək uğurlara çağırış kimi qəbul edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz