Şairin yubileyi qeyd olunub

İsmayıllı rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq kitabxanasında oxuculara xidmət və və uşaq şöbəsi ilə birlikdə xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibəti ilə əlaqdar
“Məni yelkən kimi, qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var” –
mövzusunda ədəbi-bədii gecə keçirilib.
Şairin yubileyi qeyd olunub
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, kitabxananın direktoru Ələddin Ələkbərov, digər kitabxana işçiləri və fəal oxucular iştirak ediblər. Şairin könülləri oxşayan şeirləri məktəblilərin ifasında alqışlarla qarşılanıb. “Vaqif” dramından göstərilən parça tamaşaçılara xoş ovqatla yanaşı, gənclərimizdə olan istedada inam yaradıb.
Tədbirin qonağı Əvəz Küskün S.Vurğun haqqında atasından eşitdiyi xatirələri danışıb.
Sonda A.Abbasov tədbirin təşkili və keçirilməsində zəhməti olanlara təşəkkür edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz