Xüsusi diplomu İsmayıllı qazanıb

“Hyatt Recency” otelinin “Quba” zalında “Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və İsmayıllı Regional Debat Mərkəzinin rəhbəri Elvin Əlizadənin də iştirak etdiyi mərasimdə İsmayıllı Regional Debat Mərkəzi gənclər arasında multikulturalizm ideyalarının təbliğində fəal iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov və DVC-nin sədri Seymur Hüseynov tərəfindən diplomla mükafatlandırılıb.
Xüsusi diplomu İsmayıllı qazanıb
“Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsi başa çatıb. Bağlanış mərasimində Prezident Administirasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və DVC-nin sədri Seymur Hüseynov çıxış ediblər.
Г‡ıxışlardan sonra forumun qalib və ən yaxşı natiqləri mükafatlandırılıb. Multikulturalizm ideyalarının gənclər arasında təbliğinin aparılmasında fəaliyyətinə görə İsmayıllı Regional Debat Mərkəzi xüsusi diplomla təltif edilib.
Taleh Məhərrəmov

Şərh Yaz