Uşaqların qayğıya həmişə ehtiyacı var

Dünyanın əksər ölkələrində hər il bütün uşaqların qorunmasına dair müxtəlif tədbirlər görülür. Bildiyimiz kimi, ölkəmizdə də Uşaqların Beynəlxalq Həmrəylik günü yüksək təmtəraq və diqqətlə qeyd olunur. Bunun başlıca səbəblərindən biri uşaqların gələcək üçün yetişən nəsil olmasıdır. Əgər gələcəyimizi daha parlaq və rahat görmək istəyiriksə, bu gün uşaqları savadlandırmalı, diqqət və nəvazişlə əhatə etməli, düzgün tərbiyələndirməliyik
Uşaqların qayğıya həmişə ehtiyacı var
Bu istək və arzularımıza baxmayaraq hər il dünyada yüzminlərlə uşaq məhv olur. Bunların çoxu aclıqdan, müharibələrdə, miqrasiya və başqa problemlərdə zərərçəkən günahsız, məsum körpələr olur. Elə buna görə də 1 iyun 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən uşaqların müdafiə olunması məqsədi ilə xüsusi gün kimi qeydiyyata alınıb. Bu hadisə “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirildikdən sonra reallaşıb.
Bundan başqa, 1924-ci ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən Bəyannamə qəbul edilib.
Əgər uşaqları qoruyuruqsa, deməli, gələcəyimizə dəstək oluruq.
Mənsubə Vahabzadə

Şərh Yaz