Müsabiqə keçirilir

Məlumdur ki, ölkə Prezidentinin sərəncamı ilə bağlı olaraq, 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur. Bununla əlaqədar respublikada silsilə tədbirlər həyata keçirilir. Belə maraqlı tədbirlərdən biri də ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan rəsm müsabiqəsidir. Məqsəd “Multikulturalizm ili” çərçivəsində Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, gənc istedadları üzə çıxartmaq, yer üzündə müharibələrə etiraz etmək, uşaqlarda digər dinlərə, millətlərə hörmət və düzgünlük hissi aşılamaq, uşaqların təhlükəsiz, azad və xoşbəxt yaşamasına dəstək verməkdən ibarətdir.
Müsabiqənin yüksək səviyyədə təşkili üçün RTŞ-nin təşkilat komitəsi və münsiflər heyəti yaradılmışdır.
Müsabiqə 3 mərhələdə, 3 yaş qrupu üzrə (6-10, 11-14, 15-18 yaşlar) keçirilir.
1. Məktəb mərhələsi – 15 sentyabr, 14 oktyabr 2016-cı il,
2. Rayon mərhələsi –“ 21 oktyabr 2016-cı il.
3. Respublika mərhələsi –“ 2016-cı ilin noyabr ayında, Bakı şəhərində.
Rəsmlər A2, A3 formatlarında işlənməlidir. Digər formatda olan rəsmlər müsabiqəyə buraxılmayacaq. Rəsmlərin işlənmə texnikası sərbəstdir. Rəsmlər multikultural dəyərləri özündə əks etdirməlidir. Rəsmlər çərçivəyə alınmalı, arxasında müəllifin adı, soyadı, atasının adı, rayon, məktəb, sinif yazılmış etiketlər əlavə olunmalıdır. Etiket “Arial” şrifti ilə 14 ölçüdə olmalıdır. Əlavə olaraq müəllifin ünvanı və telefonu qeyd olunmalıdır.
Müsabiqənin rayon mərhələsinin qalibləri Diplom və hədiyyələrlə mükafatlandırılacaq, əl işləri respublika müsabiqəsinə göndəriləcəkdir.
Rəna Mirzəliyeva,
RTŞ-nin metodisti

Şərh Yaz