Fərdi qəza sığortası

– Müqavilə, sığorta haqqı alındığı gün Azərbaycan vaxtı ilə saat 24: 00-da başlanır, 24: 00-da sona çatır.
– Sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir.
– Sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır.
Fərdi qəza sığortası
– Sığorta olunan, yaxud varisi, hadisənin baş verməsi onlara məlum olduğu tarixdən 5 gün ərzində yazılı şəkildə sığortaçıya bildirməlidir.
– Sığorta olunan, yaxud varisi sığorta ödənişinin müəyyən edilməsi üçün sığortaçının tələb etdiyi bütün sənədləri sığortaçıya təqdim etməlidir.
– Sığorta məbləği sığorta haqqı ödənilən rayon, şəhər filialı tərəfindən ödənilir.
Bədbəxt hadisə hesab edilməyən hallar
Bütün növ xəstəliklər və onların nəticələri;
Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və ya intihara təşəbbüs;
Spirtli içki qəbulu nəticəsində zədələnmə və ölüm, sığorta təminatına daxil olan qəzanın tələb etmədiyi təqdirdə, narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
– Sığortalı şəxsin cinayət törətməsi, kriminal fəaliyyətdə iştirakı, özünə bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi və.s.
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər, Azərbaycan Respublikasının Mülkü Qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqları yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə, mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı məhkəmələrdə baxılır.
Dövlət Sığorta Şirkətinin İsmayıllı Rayon Şöbəsi

Şərh Yaz