Əlvida, ibtidai sinif

İyun ayının 8-də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində dördüncü sinfi bitirən şagirdlərin ”Əlvida, ibtidai sinif” adı altında hazırladıqları tədbir keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin metodistləri Güllübəyim Cərullayeva və Sevda İsmayılova iştirak ediblər.
Əlvida, ibtidai sinif
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva ilkin təhsil mərhələsini başa çatdıranları təbrik edib, onlara yuxarı siniflərdə alacaqları təhsildə uğurlar arzulayıb.
Dördüncülər sinif adından hazırladıqları simvolik açarı onları əvəz edəcək birincilərə təqdim ediblər.
Maraqlı tədbirə görə hamı sinif müəllimi Mehparə Mahmudovaya təşəkkürünü bildirib.
N.Qəniyev

Şərh Yaz