Növbəti uğurumuz

Şəhər 5 nömrəli tam orta məktəbinin uğurlarına biri də əlavə olundu. Məktəbimiz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” Respublika baxış müsabiqəsinin qalibi elan olundu.
Yeni nailiyyətimiz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev tərəfindən Fəxri fərmanla təltif edilib.
Növbəti uğurumuz
Kollektivimiz adından əməyimizi belə dəyərləndirdiklərinə görə S.Mehbalıyevin rəhbərlik etdiyi Təşkilat Komitəsinə, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri R.Orucova, ATİAHİ İsmayıllı RK-nin sədri H.Kərimova öz dərin və səmimi minnətdarlığımızı bildiririk.
Elçin Məmmədov,
məktəbin direktoru

Şərh Yaz