“Əsl islam və islamafobiya” adlı maarifləndirici tədbir keçirilib

25 may 2016-cı il tarixində İsmayıllı rayonunda “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əsl islam və islamafobiya” adlı maarifləndirici tədbirlərin təşkili adlı seminar keçirib. Tədbirdə RİH-nin nümayəndələri, ziyalılar, dini icma nümayəndələri və orta məktəblərin 11-ci sinif şagirdləri iştirak edib.
 “Əsl islam və islamafobiya” adlı maarifləndirici tədbir keçirilib
 “Əsl islam və islamafobiya” adlı maarifləndirici tədbir keçirilib
Layihənin əsas məqsədi ekstremizmə qarşı maarifləndirmə aparmaq, yaşadığımız qloballaşan dünyada, geniş kommunikativ imkanların mövcud olduğu bir şəraitdə zərərli dini bilgilərin qarşısını tam almaq, zərərli təbliğata qarşı alternativ maarifləndirməni həyata keçirmək, məlumatların doğru, düzgün və milli dəyərlərimizə yad olmayan mənbələrdən əxz etmək olub.
Təbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – dini qrumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxış edərək qonaqları salamlayıb və qeyd edib ki, ölkəmizdə tolerantlıq dövlət siyasəti kimi həyata keçirilir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlaması üçün münbit əlverişli şərait yaradıb.
İlahiyyatçı ekspert Müşfiq Nəcəfov iştirakçılara “Əsl islam nədir?, İslamafobiya nədir? Dövlət-din münasibətlərində vətəndaşların rolu nədən ibarətdir” mövzularında çıxış edib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Nəsimi Teymurov

Şərh Yaz