Kitab böyük müəllimdir

Doğru olaraq müdriklər kitabı böyük müəllim adlandırıblar. Dahi Nizaminin də əbədiyaşarlılığını təmin edən də kitablar, mütaliə sevgisi olub.
Dünyada nə qədər kitab var belə,
Г‡alışıb əlləşib gətirdim ələ.
Oxudum oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.
Kitab böyük müəllimdir
Bəli, bəşəriyyət kitabı tanıdığı gündən onu bilik mənbəyi, munis həmdəmi, sirdaşı, arzularına, ən yaxın dostu hesab edib. Bu kefiyyətlərə görə də əsrlər boyu kitaba hörmət olub, o, ən mötəbər yerdə saxlanılıb.
Oxumağa, kitaba marağın azalması isə həmişə haqlı olaraq narahatlıq doğurub. Son dövrlərdə bu hal- uşaq və gənclərin mütaliə mədəniyətinin zəifləməsi cəmiyyətdə gedən proseslərə öz təsirini göstərib, ciddi fəsadlar törədir. Demək lazımdır ki, əvvəllər bölgələr kitab oxunma səviyyəsinə görə şəhərdən irəli getdiyi halda son vaxtlar bu balans xeyli pozulub. Uşaq və gənclərimizin bəzi hallarda mənəviyatını zənginləşdirmək üçün münasib mənbə tapa bilmir. Belələrinin söz ehtiyyatı kasadlaşır, istək və arzularını, fikirlərini düzgün ifadə etməyə çətinlik çəkirlər.
Bu biz gəncləri də ciddi düşündürür. Xeyli fikirləşəndən sonra qərara gəldik ki, bölgələrdəki bu boşluğu doldurmaq və mütaliəyə sevgi və marağını artırmaq üçün Kitab yarmarkaları təşkil edək. İlk əvvəl Novruz bayramı günündə Azərbaycan və dünya ölkələri ədbiyyatının yarmarkasını təşkil etdik. Nəticə gözlədiyimizdən də sevindirici oldu. Sən demə, insanların mütaliəyə, kitaba, ədəbiyyata marağı heç də sönməmişdir. Sadəcə, bu ocağı körükləmək lazımdır. Biz həmin günü həm də marifləndirici işi apardıq, maraqlı əsərlər və onların müəllifləri haqqında izahat verdik. Oxucuların daha çox fəallaşdığını gördük. İlk işimizin belə sevindirici nəticəsi bizi daha da ruhlandırdı. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü münasibətilə mərkəzi meydanda təşkil etdiyimiz Yarmarkada isə oxucuların, xüsusilə gənclərimizin necə fəallaşdığının bir daha xoş nəticəsini gördük. Bu xoş missiyamızı davam etdrimək, oxucuları yeni-yeni kitablarla sevindirmək istəyirik. Planımızda mütaliə mədəniyyətinin yüksəldilməsi üçün digər maraqlı tədbirlər də nəzərdə tutulub. Bu xoş missiyalarımızın reallaşmasında bizə yaxından dəstək olan, bizi bu işə ruhlandıran, gənclərin dostu, yüksək yaxın mənəviyyatlı insan, hər zaman insanların köməyinə gələn cənab başçımız Mirdaməd Sadıqova səmimi minnətdarlığımızı bildiririk. Biz də bizə göstərilən bu etimadı hər zaman doğrultmağa çalışacağıq.
Xəzri Muradov,
Loğman Mayılov

Şərh Yaz