25 şagirdin yarışması

24 may 2016-cı il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda 28 May – Respublika Gününə həsr olunmuş rayon məktəblərinin IX-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi.
25 şagirdin yarışması
Tədbiri İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti N.Qəniyev açaraq Respublika Günü münasibətilə hər kəsi təbrik etdi və bu günün əhəmiyyəti barədə ətraflı fikir söylədi, gənclərə tariximizi dərindən dərk etməyi, dostumuzla-düşmənizmizi düzgün seçməyimizi tövsiyyə etdi. O, eyni zamanda inşa yazı müsabiqəsinin qaydalarını iştirakçıların diqqətinə çatdırdı və hər kəsə uğur arzuladı.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ş.Qafarova öz növbəsində iştirakçıları salamladı, 23 aylıq taleyi olan bir müstəqilliyimizdən bəhs etdi. O vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, yaranması çox fikri sübut etdi, yaradılışının elanı ilə Rus imperialistlərinə meydan oxudu, qısa zamanda sürətli inkişafı ilə göz dağı oldu, çoxsaylı qərarların qəbul edilməsi ilə müstəqilliyinin faktiki olduğunu nümayiş etdirdi. Bugünkü müstəqil Azərbaycanın təməlinin məhz 1918-ci il 28 may Məmmədəmin Rəsulzadənin rəhbərliyi ilə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixdən qoyulduğunu gənclərin diqqətinə çatdırdı.
13 məktəbdən 25 şagirdin böyük həvəslə qoşulduğu müsabiqədə iştirakçılara bir saat zaman verildi. Hər bir şagird özünəməxsusluqla Azərbaycanımızı tərənnüm etməyə çalışdılar. Müsabiqənin nəticələri yoxlama komissiyasının yekun qərarından sonra bəlli olacaqdır. Qalib gələn ilk üç yerin sahibi İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediləcəklər.
Rəna Mirzəliyeva

Şərh Yaz