İsmayıllı birinci olub

15 may 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Cüdo Bölməsinin birgə təşkilatçılığı ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
İsmayıllı birinci olub
İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Bakı, Oğuz və İmişli rayonunun cüdoçularının gərgin mübarizə apardığı birinclik Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamının səslənməsi ilə başlayıb.
Tədbirdə ilk olaraq İsmayıllı rayonunun cüdo üzrə məşqçi-müəllimi Əkbər Şəfaqətov çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkə idmanına göstərdiyi qayğıdan, əsasını qoyduğu və bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilən idman siyasətindən bəhs etdi, idmanın müxtəlif növlərinin inkişafına dəstək verdiyini iştirakçıların diqqətinə çatdırılıb.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da öz növbəsində fenomen şəxsiyyət, dahi lider olan Heydər Əliyevin bütövlükdə Azərbaycanın inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. O, Ulu öndərin ölkə idmanının inkişafı istiqamətində dövlət qayğısını gücləndirdiyini, dünya miqyaslı yarışlarda ölkəmizi təmsil etmək üçün güclü komandaların, idmançıların hazırlanması məsələsinə xüsusi diqqət artırılmasını tələb etdiyi vurğulayıb.
Cüdo üzrə keçirilən açıq rayon birinciliyində I yeri İsmayıllı, II yeri Qəbələ, III yeri isə Şamaxı rayon komandası qazanıb.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.
Şəhla Qafarova

Şərh Yaz