Təhsildəki uğurlarımız

Uğura gedən yol təhsildən keçir. Müasir zəmanəmizdə demək olar ki, hər şey təhsillə bağlıdır. Bunu sübut etmək lazımdırsa, bir neçə nümunə göstərmək kifayətdir.
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin XI sinfində oxuyuram. Təhsillə bağlı nümunəvi şagirdləri, eləcə də, təhsilimizdə qazandığımız uğurları göstərmək üçün elə məktəbimizin şagirdlərini misal çəkmək yetərlidir.
Təhsildəki uğurlarımız
Doğrusu məktəbimizin son 10 ildə qazandığı uğurları göstərmək üçün həm çox vaxt sərf etmək, qalın bir kitab yazmaq olar. Odur ki, elə 2015-2016-cı tədris ilindəki uğurları göstərmək yetəri qədərdir:
Sinif yoldaşım Nərmin Manafova artıq son üç ildə 3-cü dəfədir ki, müxtəlif müsabiqələrdə uğur qazanır. “Gələcək nəsillərlə üz-üzə” inşa yazı müsabiqəsinin “Enerji” naminasiyası üzrə I yeri tutduğu üçün şəxsən Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən Fəxri fərmanla təltif olunub, müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
X sinif şagirdi Vaqif Talıbzadə “Şamaxı Hazırlıq Kursları”nın keçirdiyi “Bilik” yarışında zonanın X sinifləri arasında I yeri tutduğuna görə diplom və qiymətli hədiyyələr qazanıb. O, respublika fənn olimpiadalarının coğrafiya fənni üzrə finalına vəsiqə alıb və 48 xal toplayaraq X sinif şagirdləri arasında Respublika birincisi olub
Yuxarı siniflərdə oxuyanlarla yanaşı, aşağı sinif şagirdlərimizin də bir çox yarış və müsabiqələrdə uğurları vardır. VIII sinif şagirdi Nuray Yəhyayeva “Gələcək nəsillərlə üz-üzə” inşa yazı müsabiqəsinin “Hər kəs üçün mümkün olan dayanıqlı inkşaf” naminasiyası üzrə II yeri tutduğu üçün müxtəlif hədiyyə və Diploma layiq görülüb.
Əvvəldə qeyd etdim ki, məktəbin bütün uğurları barədə yazmaq çox vaxt almış olar. O səbəbdən yalnız son tədris ilinin uğurları üzərində dayandım.
Mövzudan kənara çıxmamaqla təəssüflə qeyd edim ki, bu gün müharibə şəraitində yaşayırıq. Bu hadisələrin acısını yaşamaqla bərabər daha yaxşı oxumalı olduğumuzu dərk edirik. Dövlətimizin qüdrətinə, ordumuzun gücünə əminik. Bu gün müharibə şəraitinə, erməni daşnakları ilə çəkişmələrə rəğmən şükürlər olsun ki, müstəqilliyini qoruyub saxlamış Azərbaycanın bütün təhsil ocaqlarında, o cümlədən məktəbimizdə təlim-tərbiyə işi uğurla davam etdirilir.
Onu da qeyd edim ki, əvvəlki nəsillərin oxuduğu illərdə məktəblərdə heç də bugünkü istilik sistemi, elmi-texniki baza, digər mühüm şəraitlər olmayıb. Bugünkü məktəb bizdən əvvəlki nəsillərin bəlkə də arzusu olub. Savadlanmağımız, yaradılan imkanlardan yararlanaraq gələcək koryeramızı qurmaq, həm də məktəbimizin adını daha da yüksəltmək üçün əlimizdən gələni etməli, daha çox uğurlara nail olmağa çalışmalıyıq.
Gəclərimizin buğünkü uğuru dövlətimizin sabahkı yüksəlişidir. Vətəni varlı və qüdrətli görmək isə hər birimizin arzusudur.
Bu kiçik yazımı böyük bir fikirlə bitirirəm: Yaxşı işin mükafatı onun nəticəsindədir.
Nərminə Qasımova

Şərh Yaz