Məktəbdə bayram tədbiri

May ayının 27-də İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb direktoru, direktor müavinləri, tarix müəllimləri və məktəb şagirdləri iştirak edirdilər.
Məktəbdə bayram tədbiri
Məktəbin akt zaliı tədbirə uyğun tərtib olunmuşdu. Məktəbimizin fəal şagirdləri Respublika Gününə aid şeirlərlə çıxış etdilər. Mərasimin başlanğıcında Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Sonra məktəbimizin tarix müəllimi Bəxtiyar Fərəcov müstəqilliyimizin əldə olunmasına dair tarixi məlumatlar verdi. Г‡ıxışlardan sonra 28 May Respublika Gününə həsr olunmuş film nümayiş etdirildi. Məktəbin 8-ci sinif şagirdləri – Nazənin Kazımova Məmməd Arazın “Azərbaycan”, Xəyalə Məmmədova “Vətən”, 11-ci sinif şagirdi Yeganə Dadaşzadə isə “Ana torpaq” şeirlərini söylədilər.
Tədbirin yekun hissəsində məktəb direktoru Elçin Məmmədov müstəqilliyimizin 25-ci il dönümü və bu illər ərzində əldə olunan uğur və nailiyyətlər haqqında fikirlərini bildirdi.
Aparıcı olmaq fürsətindən istifadə edib bu tədbirdə əməyi olan hər kəsə, xüsusi ilə məktəbin psixoloqu Zümrüd Behbudovaya və Uşaq birliyi təşkilatı rəhbəri Nərgiz Hacıyevaya məktəb şagirdləri adından minnətdarlıq etdim.
Mənsubə Vahabzadə,
məktəbin şagirdi

Şərh Yaz