Yaddas kitabcasi

Əliyev Abduləli Heydər oğlu

İsmayıllı rayonunun ictimaiyyətinə itki üz vermişdir. Ömrünün 84-cü ilində Əliyev Abduləli Heydər oğlu vəfat etmişdir.
Əliyev Abduləli Heydər oğlu
A.Əliyev Göyçay rayonunun Alpout kəndində anadan olmuşdu. Taleyi onu uşaqlıq illərindən İsmayıllıya bağlamışdır. O, burada yaşayıb oxumuş, kolxozda əmək fəaliyyətinə başlamışdır. Erkən yaşlarından İnsanların əmin-amanlığını, asayişini düşünən A.Əliyev Mərdəkan Milis Məktəbini bitirmiş, əvvəlcə İsmayılllıda sonra isə Şamaxı, Ağdaş, Ağsu rayonlaronın Daxili İşlər Şöbəsində vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Г‡alışdığı illərdə gənclərin hamisi olmuş, Öz övladlarının, yetişən nəslin savadlı və layiqli vətəndaş olması üçün çalışmışdır.
A.Əliyev pensiyaya çıxdıqdan sonra uzun müddət Hüquq-Mühafizə Qulluğu Veteranlarının rayon təşkilatına sədrlik etmiş, ağsaqqalların dostu, gənclərun məsləhətçisi olmuşdur.
A.Əliyevin işgüzarlığı işlədiyi müddətdə və sonrakı illərdə əlaqədar təşkilatlar tərəfindən dəfələrlə qiymətləndirilmişdir. Onun qazandığı ən yüksək mükafat ismayıllıların sevgisi idi.
Amansız ölüm may ayının 22-də onu əzizlərindən, yaxınlarından əbədi ayırdı.
Əliyev Abduləli Heydər oğlunun işıqlı xatirəsi onunla ünsiyyətdə olanların yaddaşında uzun zaman yaşayacaqdır.
Allah rəhmət eləsin.
İsmayıllı Rayon İcra Hakimiyyəti

Şərh Yaz