Yaddas kitabcasi

İsmayıllı yazarlarının şeir dəftərindən

Kasıblıq
Bu dünyaya gələn gündən mənimlə
Əhdi-peyman bağlamısan, kasıblıq.
Г‡ox dərdlərə, bəlalara salmısan,
Ürəyimi dağlamısan, kasıblıq.
Qoymamısan çıxım yolumu başa,
Üzüm qara olub yara, yoldaşa.
Bəzən də gecələr verib baş-başa,
Sən mənimlə ağlamısan, kasıblıq.
Evimizdən qoxun gəlib həmişə,
Azın gedib, çoxun gəlib həmişə.
Doğma kimi yaxın gəlib həmişə,
Halımızı yoxlamısan, kasıblıq.
İndi də boylanırsan kreditimdən,
Ala bilmədiyim yağım, ətimdən.
Nə məndən qopursan, nə külfətimdən,
Hara qaçım? Haqlamısan, kasıblıq–¦
–¦ Narazı deyiləm yenə dünyada,
Borcluyam çox şeyi sənə dünyada.
Heç nə verməsən də mənə dünyada,
Məni məndə saxlamısan, kasıblıq.
Nazir Ziya Talıstanlı

Yar demişəm
Kirpiyimlə od götürüb,
İynə ilə gor eşmişəm.
Ömrün Marten sobasında,
Mən bərkimişəm, bişmişəm.

Daş atmışam yamanlara,
Arxasızla dost olmuşam.
Bihuş olub əməlimdən
Ürəyimdə məst olmuşam.

İmkan tapıb kimsəsizə
Hayan olub, hay vermişəm.
Görmüşəm ki, imkansızdır
Öz payımdan pay vermişəm.

Min dillilik mənlik deyil,
Yaltaqlardan gen qaçmışam.
Süfrəmə qonaq olana
Qollarımı gen açmışam.

Bağban olub öz bağımda
Nübar dərib, bar yemişəm.
Öz evimdə, ocağımda
Halalıma yar demişəm.
Xalıq Yusifoğlu

Daşnaka rəcəz

Hələ bir zərbə dadıb, sən ombanı çəkirsən,
Ağlayıb dünya boyu, timsah yaşı tökürsən.
İnandınmı, biz qalxanda sən həmişə çökürsən,
Dəli daşnak, ümid olma hər verilən vədə sən,
Bəsdir, özgə torpağında çox süləndin, gədə, sən.

Dığa, şeytan girləyibdir, gəlib çıxmısan bura,
Yurd sahibi ölməyib ki, bayquşlar məclis qura.
Tullayarıq İravana, sırtına vura-vura,
Orda yuxunda cəzasız gəl bizlərə hədə sən,
Bəsdir, burda əcəlinlə hey oynadın, gədə, sən.

Ta seçmişik bizim üçün sən seçəni biz sənə,
Anladanda gec olacaq hər keçəni biz sənə.
Qaçmaq üçün şans veririk bu gecəni biz sənə,
Cınqır çəkə bilməzsiniz, nə sahibin, nə də sən,
Bəsdir, qoltuq altında şeşələndin, gədə, sən.

Bu gün qaçıb qurtulmağın anana bəxşiş olar,
Qalsan, sabah istiqbalın ayaq altında qalar,
Səni udub kül eyləyər alovlu qasırğalar,
Bircə dəfə ağla gəlib, bəlkə, fikir edəsən,
Bəsdir, bu pak torpağımı murdarladın, gədə, sən.

Güvəndiyin dağ uçulur, gizlənməyə yerin yox,
İndi təkik bu meydanda, təklikdə hünərin yox.
Şir önündə dayanmağa nəslində bir şirin yox,
Qarışqatək əzilərsən daban altda, ədə, sən,
Bəsdir, dərya səbrimizi tükəndirdin, gədə, sən.

Mərmilərin küləyində sovrularsan toz kimi,
Murdar leşin tikələnər, bir can olar yüz kimi.
Gözlərin çıxıb uçuşar burulğanda köz kimi,
Dilin tutmaz çağırasan bir dəfə “ vay dədə “ sən,
Bəsdir, dönər gələcəyin keçmişə, bil, gədə, sən.
Oqtay İsmayıllı

Heç

Balıq kimi dəryalarda üzdün xoş,
Qurbağatək bataqlığa batdın heç.
Qarışqatək zəhmət çəkdin, afərin,
Ayı olub qış üzünü yatdın heç.

Əhdə vəfa oldun, sənə min əhsən,
Doğru izə düşdün, yenə min əhsən.
Saf vicdana dönə-dönə, min əhsən,
Halalına haram tikə qatdın, heç.

Əmanəti pak qorudun, yüz yaşa,
Tez qırılar ümid toxunsa daşa.
Doğru sözü söyləməyib birbaşa,
Nifaq üçün ortalığa atdın, heç.

Ürək olar hər duyğunun məkanı,
Etmə onu ucuz mallar dükanı.
Gül yerinə dəstələyib tikanı
Kor aşiqə bilə-bilə sardın, heç.

Vicdanını rahatladın, nə gözəl,
Yaşıl yarpaq olmaz can verən xəzəl.
İmkan varkən, tövbə elə, sən düzəl,
Yol qurtarıb, son mənzilə çatdın, heç.
Şəhla Ramazanqızı

Azərbaycanlıyam

Bir qız məndən sordu, Naxçıvanlısan?
Dedim ki, gözəl qız, mən Şirvanlıyam,
Zəngəzur, Borçalı, ulu Göyçədən,
Dəli Kür, Xan Araz, Mil-Muğanlıyam.

Sormayın nəçiyəm, kiməm, hardanam,
Tomrislər yetirən bir diyardanam,
Laçından, Şuşadan, Qarabağdanam,
Koroğlu, Babəkəm, dəliqanlıyam.

Bir üzü Şəkidir, bir üzü Şirvan,
Bir üzü Bakıdır, bir üzü Salyan,
Şimalı Dərbənddir, cənub Lənkəran,
Cavidlər diyarı Naxçıvanlıyam.

Məhsəti, Natəvan yetirən yurddan,
Vurğuntək dühalar bitirən yurddan,
Sabir, Səhhət, Hadi itirən yurddan,
Seyid Əzim soylu mən Şirvanlıyam.

Gəncəyəm, Qazaxam, külli Dağıstan,
Qədim Şamaxıyam, həm Azərbaycan,
Yarısı Təbrizəm, yarı İrəvan,
Azərbaycan adlı xanimanlıyam.

Sarılaq silaha bacım, qardaşım,
Vətən haraylayır öz vətəndaşın,
Qalmasın yağıya torpağım, daşım,
Qarabağ dərdindən ah-amanlıyam,
Vətənin daşıyam, Vətəncanlıyam.

Bir qalayam sədlərim var keçilməz,
Şəhid qanlı bir bayrağam kiçilməz,
Bir zəmiyəm vağam oldum biçilməz,
Sabaha ümidli, xoş gümanlıyam,
El qızı Solmazam, mən Şirvanlıyam!
Solmaz Şirvanlı

Atam dünyasını dəyişən gündən

Gözümün üstünü kölgələr alıb.
Ürəyimin hər pərdəsi saralıb,
Bu gen dünya mənim üçün daralıb,
Sevinc də, fərəh də, qaçaqdır məndən,
Atam dünyasını dəyişən gündən.

Nə etsəm boynumu büküb gəzirəm,
Gizlicə göz yaşı töküb gəzirəm.
Dərdimi köksümə çəkib gəzirəm,
Asılı qalmışam bu qəm yükündən,
Atam dünyasını dəyişən gündən.

Şirin dilim, şirin dadım gedibdir,
Uçmaq üçün qol-qanadım gedibdir.
İlham pərim, istedadım gedibdir,
Başım ayılmayır dumandan, çəndən.
Atam dünyasını dəyişən gündən.
Elnarə Günəş

Г‡əkdim

Daş atan baxdıqca ürkütdüyündən,
Quşların şəklini havada çəkdim.
Yuvarlatmaq üçün dağın başından,
Hücumu dərd-qəmə, qayada çəkdim.

Üz tutdum Dneprə, calandım Dona,
Sayı dərd bəlanın çatmadı sona.
Gəlib bu cahana, göz açıb ona,
Г‡əkdiyim nə varsa, dünyada çəkdim.

Oldum canlandırmış yolun rəsmini,
Üz qoymuş olduğum könlün rəsmini.
Xəyalımda olan gülün rəsmini,
Ağlı-qırmızılı boyada çəkdim.
Tamam Nur Tağlabiyanlı

**
Baxışın qətlimə fərman, gözün cəlladdı mənə,
Yarə can əsirgəmək hissi, gözəl, yaddı mənə.

Ləblərinlə vuraraq möhrünü, bir namə yazıb,
Yolladın qasidin ilə, bu gecə çatdı mənə.

Məskənim olsa viranə, yenə də qəm yemərəm,
Canı qurban eləmək yarıma, imdaddı mənə.

Qönçə güllər sorağında, dolaşam gülzarı mən,
Yoxdusa öz gülüm orda, ora bərbaddı mənə.

Bir xəta eyləmərəm sevgi yolunda, Romanam,
Sevgisiz hər bir anım nalədi, fəryaddı mənə.
Roman Səfərov

Nə yaxşı dünyada xatirələr var

Ötən arzu bir-birinə calanır,
Zaman adlı bir tufanla talanır.
Talandıqca qəlbimizdə qalanır,
Üşütmür onları nə çovğun, nə qar,
Nə yaxşı dünyada xatirələr var.

Özüm yaralıyam, özüm həkiməm,
Özüm müttəhiməm, özüm hakiməm.
Mən haradan bilərdim, nəçiyəm, kiməm?
Edə bilməsəydim özümü təkrar,
Nə yaxşı dünyada xatirələr var.

“Gedib qapımızdan girə bilərəm,
Atamı, anamı görə bilərəm.
Bacımın saçını hörə bilərəm”,
Neçə əzizimə qazılmır məzar,
Nə yaxşı dünyada xatirələr var.

O gah məhəbbətim, gah nifrətimdir,
Hərdən səadətim, gah zillətimdir.
Ömürdən yığdığım tək sərvətimdir,
Г‡ata bilməz ona nə dövlət, nə var,
Yaxşı ki, dünyada xatirələr var.
Südabə Şeyda

Bəndlər

Dağlar qızı əl uzatsa,
Yanağı gül, gözü balsa.
Məni məndən yenə alsa,
Qoy saymasın dostlar məni.
Xoşbəxtiyəm bu dünyanın,
Anlamı var saat, anın.
*
Səhvdi, olur həyatda bu,
İnsan gərək bacarmalı.
“Bağışladım”, – deyə bilsin
Ölmüş, getmiş ümidlərin,
Üzünə dost gülə bilsin.
Və bu ürək yanar, susar,
“Mən vaz keçdim səndən“, – deməz,
Göz yaşına həyat dəyməz.
*
Əlvida sözündən, Allah, usandım,
Gecələr yuxusuz gəzdim, dolandım.
Alışdım, məhəbbət odunda yandım,
Sən yoxdun, anladım, o günü yoxdun.
Alik Dənizsevər

Müəllim

(Müəllimim Arzu xanıma)
Qəriblik, soyuq qış… , siz qurduz ocaq,
Açdız qəlbinizdə isti bir qucaq.
Üç ildə mən sizə dəcəl bir uşaq
Olsam da, qoymadız köz arasında.

Öyrəşdim nur saçan gül üzünüzə,
Şirin dilinizə, “can“ sözünüzə.
Xoş gəlmədim bəzən mən gözünüzə,
Nəsihət etdiniz söz arasında.

Oyun var: “gözünü açdı, gizləndi“,
Günəş də nurunu saçdı, gizləndi,
Sizin də duyğular qaçdı, gizləndi,
Tapdım yerindəcə, göz arasında.

Danışığın ürəyimdə bir səsdir,
Ana duyğusutək müqəddəs hisdir.
Bilmirəm, sizinçün yaxşıdır, pisdir,
Qəlblər körpü salıb öz arasında.

İstəklə bağlanır insan-insana,
Qəlbdən doğmasınız qərib olana.
Olub Aidəyə doğma bir ana,
Qaldınız qəlbimin düz arasında.
Aidə Gədəbəyli

Dünya

Qulaq as, gör sənə nələr danışım,
Gör nələr çəkibdir əlindən başım.
Tələsib ömrümə tez gəlib qışım,
Nəyimə lazımsan, nəyimə dünya?

Qəlbimi, ruhumu yamanca əzdin,
Ömür-gün bağımı incəldib, üzdün,
Daha tükənmişəm, əlindən bezdim,
Nəyimə lazımsan, nəyimə dünya?

Min oyun oynadın, min tələ qurdun,
Boy atmaq istədim, başıma vurdun.
Nəyə can atdımsa, qəlbimi qırdın,
Nəyimə lazımsan, nəyimə dünya?
Nailə Yırğınçaylı

Qəm yüküm

Sarıldın ömrümə sarmaşıq kimi,
Ötən hər günümə qarışıq kimi.
Dolaşdın dövrəmdə gur işıq kimi,
Daşıyım mən səni de hara çəkim?
Sən ey ürək dolu, qəmli qəm yüküm.

Qaçdıqca yolumda halay qurmusan,
Sağımda, solumda dövrə vurmusan.
Gələn günlərimə tələ qurmusan,
Daşıyım mən səni bəs hara çəkim?
Sən ey ürək dolu, qəmli qəm yüküm.

Qoparıb atmağa gücüm yetmədi,
Elə yara vurdun, yeri getmədi,
Əkdiyim arzumdan sevinc bitmədi,
Daşıyım mən səni, bəs hara çəkim?
Sən ey ürək dolu, qəmli qəm yüküm.
Mehriban İbrahimova

Ümid çırağım

Bir üzüm sevincdir, bir üzüm kədər,
Tanrıdan yazılır yazılan qədər,
Ömrümün çoxusu getsə də hədər,
Kədəri qovacaq, daşlayacağam,
Sabaha ümidlə başlayacağam.

Nə vaxtsa mənim də üzüm güləcək,
Cığırım güləcək, izim güləcək,
Ürəyim güləcək, sözüm güləcək,
Mən də həyatımı xoşlayacağam,
Sabaha ümidlə başlayacağam.

Tanrıdan əlimi üzməyəcəyəm,
Heç nədən, heç zaman bezməyəcəyəm.
Ömürdən, taledən küsməyəcəyəm.
Nə könlü, nə gözü yaşlayacağam,
Sabaha ümidlə başlayacağam.
Xuraman Baxış

Bilmişəm

Sevməklə canımı cana gətirdim,
Dərdi qarşıladım, kefi itirdim.
Gözümü yummadım, gördüm, götürdüm,
Zəif gördüyümü təzə bilmişəm.

Hər səhra keçənə yar dəvəsimi?
Sıxdı boğulunca ar nəfəsimi.
Sizdən nə gizlədim, var həvəsimi
İçimdə öldürüb, əzə bilmişəm.

Bir anda can atar yüzü sevincə,
Qürura yar oldum, düzü sevincə.
Üzmüşəm kədərdən üzü sevincə,
Demə bircə qarış üzə bilmişəm.

Atımı sürmədim darda, dalanda,
Gördüm sinə gərən, daldalanan da.
Namərd dalda yerdə dərdə dalanda,
Mən elin içində gəzə bilmişəm.

Şahməmməd Dağlaroğlu

Şərh Yaz