Kənd təsərrüfatı müəssisələrinə məxsus heyvanların sığorta qaydaları:

1. Bu qaydalarla mülkiyyət formasından asılı olmayaraq dövlət aktı olan kənd təsərrüfatı istehsalçılarına məxsus heyvanların sığortası aparılır və dəyən zərərlərə sığorta təminatı verir.
2. 6 aylıqdan yuxarı iribuynuzlu mal-qara, qoyun və keçilər;
Bir yaşdan yuxarı at, dəvə, qatır, eşşəklər və arı ailələri;
4 aylıqdan yuxarı donuz, dovşan və xəzdərili vəhşi heyvanlar sığorta olunur.
Kənd təsərrüfatı müəssisələrinə məxsus heyvanların sığorta qaydaları:
3. Kənd təsərrüfatı heyvanları yoluxucu, xəstəliklər, yanğın, çovğun, dolu, ildırım vurması nəticəsində tələf olması hallarından sığorta olunmuş sayılır.
4. Sığorta müqaviləsi təsərrüfatda olan bütün heyvanların miqdarı, növü, yaşı, rəngi, və nişanələri ilə sığortanın iki nüsxəsindən ibarət təklifnaməsi əsasında bağlanır. Təklifnamənin bir nüsxəsini sığortaçıdan aldıqdan sonra sığortalı 10 gün ərzində sığorta haqqının ödənilməsini təmin edir. Təklifnamənin ikinci nüsxəsi sığortaçıda qalır.
5. Müqavilə bu qaydaların ikinci bəndində göstərilən yaşa çatmış heyvanların balans dəyərinin və ya bazar qiymətlərinin 50 faizdən az olmamaqla, 80 faizədək, yerində heyvanlara baxılmaqla, bir il müddətinə bağlanılır.
6. Müqavilə bağlandıqdan sonra müəyyən edilsə ki, sığortalı yalan məlumat vermişdir, onda sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən müqaviləni ləğv edə bilər. Müqavilə üzrə daxil olmuş sığorta haqqı isə 10 gün müddətində sığorta etdirənə qaytarılır.
7. Qarantinlə müəyyən edilmiş yerlərdə heyvanlar xəstə olduqda müqavilə bağlana bilməz.
Dövlət Sığorta Şirkətinin İsmayıllı Rayon Şöbəsi

Şərh Yaz