Yaddas kitabcasi

Oxucu təklif edir

İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi rayonun ən nüfuzlu təhsil ocaqlarındandır. Məktəb binasının rayonun Mərkəzi meydanı ilə eyni ərazidə yerləşməsi onun görünüşünə, hətta ətrafına çəkilmiş hasara da diqqətlə yanaşmanı tələb edir. Bu məqsədlə də bir neçə il əvvəl məktəbin Mərkəzi meydana sarı olan hasarı yenilənib. Məktəb hasarı olması baxımından xüsusi zövqlə dəmir barmaqlıqlardan hazırlanmış hasara metal materialdan 39 ədəd açıq kitab təsviri qaynaq olunub. İnsafən, işin səliqə ilə görüldüyü açıqca görünür. Amma bu açıq kitab səhifələrin yazısız, heç bir qeydsiz olması bir qədər qəribə görünür.
Təklif edərdim ki, böyük diqqət və azacıq maliyyə xərci ilə bu açıq, metal kitabların səhifələrinə elm, mədəniyyət, həyatla əlaqəli dəyərli fikir və ifadələr yazılsın. Yəqin ki, yetişən nəsil və ümumiyyətlə bu hasarın yanından keçənlər həmin dəyərləri oxuduqca, dəmir yaddaşlarına köçürər. Onda, sözün həqiqi mənasında İsmayıllıda kitab bilik mənbəyi olar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz