9 May – Qələbə Günü

İsmayıllı rayonunda 9 May – Qələbə Günü qeyd olunub. Bayram tədbiri 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəyə yürüşlə başlayıb və abidə önünə əklil qoyulub.
9 May - Qələbə Günü
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və RİH-nin əməkdaşları, YAP- İsmayıllı rayon təşkilatının üzvləri, veteranlar, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrdə çalışanlar iştirak ediblər.
Г‡ıxış edənlər alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən ismayıllıların da misilsiz xidmətləri olduğunu qeyd edilib. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlığı, Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçilərinin də misilsiz xidmətlər göstərmələri diqqətə çatdırılıb.
9 May - Qələbə Günü
İsmayıllı rayonunda hazırda 18 nəfər Böyük Vətən müharibəsi iştirakçısı vardır. Onlar üçün RİH-nin təşkilatçılığı ilə bayram sovqatları təşkil olunub. RİH-nin, Rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm Şöbəsinin, Rayon Təhsil Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri veteranlarla yaşadıqları ünvanlarda görüşərək onların bayram münasibəti ilə təbrik ediblər.
Gülnarə Mirzəliyeva

Şərh Yaz