Azərbaycan əsgəri

Yerin məhvərindən, göyün qatından,
Ulu babaların məğrur adından,
Vicdan dünyasından, qeyrət andından,
Qüvvət al, güc topla, çat muradına,
Əyilmək yaraşmaz sənin adına.
Azərbaycan əsgəri
***

Yerin məhvərindən, göyün qatından,
Ulu babaların məğrur adından,
Vicdan dünyasından, qeyrət andından,
Qüvvət al, güc topla, çat muradına,
Əyilmək yaraşmaz sənin adına.
Azərbaycan əsgəri
***Qəlbində od, gözlərində qığılcım,
İrəli get, təkcə sənsən əlacım.
Təpərli ol, a qardaşım, a bacım,
Qüdrətinlə titrət göyü, titrət yeri –“
Azərbaycan əsgəri!

Elə bax ki, düşmən donsun yerində,
Addımından daş çatlasın yerində,
Sərt addımdan xoşu gələr yerin də,
Cürətinlə titrət göyü, titrət yeri –“
Azərbaycan əsgəri!

Bu torpağın altı da dürr, üstü də,
Bas düşməni, möhkəm dayan üstündə.
Yax namərdi alovda, həm tüstüdə,
Nifrətinlə titrət göyü, titrət yeri –“
Azərbaycan əsgəri!

Sən ki, haqsan, Tanrı haqqa köməkdir,
Haqqın özü haqq işi haqq deməkdir.
Dünya bilir bu nə qurğu, kələkdir,
Hikmətinlə titrət göyü, titrət yeri –“
Azərbaycan əsgəri!

Bir ucu Göyçəyə qaz səngərləri,
Girovda qalmasın Şuşa, Həkəri.
Sabahkı dünyamın qeyrəti, əri,
Zəhmətinlə titrət göyü, titrət yeri –“
Azərbaycan əsgəri!

Koroğlum! Nərə çək, bir dəli nərə,
Babəkim! Qüvvət ver igidə, ərə!
Allahım! Kömək ol, nər igidlərə,
Ulu torpaqları qaytarsın geri,
Titrətsin göyləri, titrətsin yeri –“
Azərbaycan əsgəri!
Sadiq Baba oğlu

Şərh Yaz