İş görmək lazımdır–¦

İqdisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov rayona İcra Hakimiyyətinin başçısı təyin olunan gündən rayon və kənd sakinləri ilə mütəmadi görüşlər keçirir, onların problemləri ilə yaxından tanış olur, çatışmazlıqların aradan qaldırılması yolları ilə bağlı işlər aparır. Bir sözlə, əhalinin qayğısını çəkir cənab Prezidentin etimadını doğruldur.
İş görmək lazımdır–¦qdisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov rayona İcra Hakimiyyətinin başçısı təyin olunan gündən rayon və kənd sakinləri ilə mütəmadi görüşlər keçirir, onların problemləri ilə yaxından tanış olur, çatışmazlıqların aradan qaldırılması yolları ilə bağlı işlər aparır. Bir sözlə, əhalinin qayğısını çəkir cənab Prezidentin etimadını doğruldur.
İş görmək lazımdır–¦
Qəsəbə və kənd yolları əsaslı təmir olunur. Yol kənarı yaşıllaşdırılır. Şəhər mərkəzi abadlaşdırılır və təmizliyi gözlənilir. Kəndlərdə klub və kitabxanalar müasir üslubda təmir edilir. Rayon ziyalılarının yubiley və yaradıcılıq gecələri keçirilir. Təhsilə göstərilən böyük diqqətin nəticəsidir ki, ali məktəbə yüksək balla daxil olan tələbələr mükafatlandırılır, onların şərəfinə xüsusi tədbirlər keçirilir. Bunlarla yanaşı, mədəniyyət işçilərinə, onların iş şəraitinə gündəlik qayğı göstərir. Rayondakı abidə və qədim memarlıq nümunələrinin, sənət ocaqlarının qorunması ilə yanaşı, işsizliyin aradan qaldırılması məqsədi ilə yeni iş yerlərinin açılması məqsədi ilə yeni müəssisələrin tikilməsinə səy göstərilir (Velosiped zavodu, Г‡ipsi zavodu, Qalınçaqda Hind toyuğu fabriki, Sumağallıda yeni elektrik stansiyası və s.)
Bu gün İsmayıllıda faydalı əməklə məşğulluğun, torpaqlardan səmərəli istifadənin gündəmdə olması, sahibkarlığa meydan verilməsi, rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması başlıca məqsədlərdir. Adı çəkilən istiqamətlərdə ciddi maarifləndirmə işi aparmaq və insanlarda yeni düşüncə tərzi formalaşdırmaq üçün başçı müntəzəm olaraq sakinlərlə açıq görüşlərin keçirir və əhalinin problemləri ilə yaxından tanış olur. Onların təklif və şikayətləri görüləcək işlərə istiqamət verir. Bütün sadaladıqlarımı ismayıllılar görür və yüksək dəyərləndirir. Xalqına, dövlətinə xidmət etməyin bəyənilən nümunəsi ilə o bizlərə Vətəni necə sevməyi, vətəndaşın hansı keyfiyətlərə malik olması nümunəsini şəxsi fəaliyyətində əyani şəkildə nümayiş etdirir. Göstərdiyi işgüzarlıq, dövlətə və xalqa sədaqət bu kimi digər keyfiyyət nümunələri ilə hörmətli başçımız digər həmkarlarından da seçilir.
Yaxşı olar ki, görülən işlərə göz yumaraq, yaxşını gizlədib, pisdən danışanlar bugünkü tərəqqiyə, inkişafa uyğun düşüncəyə malik olsunlar. Dünyada baş verənlərə və Azərbaycanımıza nəzər salsaq, İsmayıllı kimi gözəl bir bölgədə rahat yaşadığımıza dəyər verə bilsək, görərik ki, dünyanın ən xoşbəxt adamları bizik. Azərbaycandakı sabitliyi, əminamanlığı görənlər Vətən mənim üçün nə edib, – deməsinlər. Ən azından fikirləşsinlər ki, Vətənin mövcud durumunda mənim zəhmət payım nədir. Desinlər ki, mən sabahım, gələcəyim, vətənim üçün nə etmişəm?
Bəşəriyyət formalaşandan bəri, işləmədən dişləmək çətin olub. Əgər olubsa da buna haramxorluq deyiblər. Hər birimiz yaxşı bilirik ki, yaxşı yaşamaq üçün yaxşı da işləmək lazımdır. Rayonumuz kənd təsərrüfatı rayonu olduğundan əhalinin əksəriyyətinin mülkiyyətində müəyyən qədər torpaq sahəsi var.
Üzümü iş axtaran, əlində heç bir sənəti, ixtisası olmayanlara tuturam: Yaxşı olar ki, vaxtınızı çayxanalarda deyil, əkin sahələrində çalışmaqda keçirin. Maariflənin, quruculuq, yaradıcılıq işləri ilə məşğul olun. Belə edəcəyiniz halda qazanc məsləhət verənlərin deyil, özünüzün olacaq. Özümüzə, ətrafımıza, ailəmizə görə faydalı yol seçin.
Mirəli Bəkirov

Şərh Yaz