Beynəlxalq Mülki Müdafiə Günü

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə və digər obyektlərdə 1 Mart – Beynəlxalq Mülki Müdafiə Gününə həsr edilmiş tədbirlər keçirilib.
Məktəb-liseydə keçirilən tədbiri giriş sözü ilə İsmayıllı Rayon Mülki Müdafiə Qərargahının rəisi Vüqar Muradəliyev açıb, tədbirin mahiyyəti barədə qısa məlumat verib.
Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi, polkovnik-leytenant Faiq Əhədov çıxış edərək ilk növbədə 1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə tədbiə qatılanları təbrik edib. Sonra F.Əhmədov mülki müdafiə sahəsində respublikamızda görülmüş işlər, əhalinin MM-yə hazırlığından, orta məktəblərdə MM dərslərinin tədrisinin vacibliyindən və bu sahədə əhalinin maarifləndirilməsinin faydalarından danışıb.
Məktəbin yuxarı sinif şagirdləri tərəfindən MM-ə hazırlıq, fövqəladə hallar zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların zəhərli ərazidən uzaqlaşdırılması, əleyhqazların geyinib-soyunması və bu kimi hazırlıqlar nümayiş etdirilib.
Tədbirdə məktəb şagirdlərinin Mülki Müdafiəyə hazırlığı yoxlanılıb, siniflərdə “zəlzələ”, “yanğın” və s. xəbərdarlıq komandaları verilib və bu kimi hallarda davranma qaydaları həyata keçirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz