5 mindən artıq ağac əkilib

Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA ictimai birliyinin təşəbbüsü ilə rayonumuzda cari ildə 30 mindən artıq ağac əkilməsi nəzərdə tutulub. Hazırda nəzərdə tutulmuş işin demək olar ki 30 faizi həyata keçirilib, yəni 10 mindən artıq ağac əkilib. Əkiləcək ağacların 20 min ədədi İsmayıllı şəhəri və İsmayıllı-Muğanlı magistral yolunun kənarlarında, qalan 10 min ədədi isə İsmayıllı bələdiyyəsi ərazilərində əkiləcəkdir.
İDEA ictimai birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 mart 2016-cı il tarixində növbəti kütləvi ağacəkmə aksiyası ilə davam etdirilib.
Aksiya zamanı adı çəkilən ərazilərdə gün ərzində ağcaqayın, göyrüş, çinar, eləcə də müxtəlif meyvə növlərindən ibarət 5 mindən artıq ağac əkildi. Əkilmiş ağacların suvarılması təmin edib.
Ağacəkmə aksiyasında rayonun əksər idarə, müəssisə və təşkilatların əmək kollektivləri iştirak edilib.
Ağacəkmə kompaniyası davam etdiriləcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz