Nazir ictimaiyyət nümayəndələri ilə görüşüb

Nazir ictimaiyyət  nümayəndələri ilə görüşüb
Vergilər naziri Fazil Məmmədov fevralın 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüşü RİH-nin başçısı Mirdaməd Sadıqov açaraq sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti üçün yaradılan şəraitdən, son zamanlar həyata keçirilən layihələrdən, kənd təsərrüfatının intensiv inkişafı yollarından, büdcənin dotasiyadan asılılığının azaldılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.Nazir ictimaiyyət  nümayəndələri ilə görüşüb

Vergilər naziri Fazil Məmmədov fevralın 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüşü RİH-nin başçısı Mirdaməd Sadıqov açaraq sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti üçün yaradılan şəraitdən, son zamanlar həyata keçirilən layihələrdən, kənd təsərrüfatının intensiv inkişafı yollarından, büdcənin dotasiyadan asılılığının azaldılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, dünyanı bürümüş qlobal böhranın Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılımasına nail olunduğunu vurğulayıb.
Nazir iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi vəziyyətdən zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə ətraflı məlumat verərək, mövcud iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet istiqamət kimi müəyyənləşdirildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafına, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.
F.Məmmədov yerli sahibkarlara müraciət edərək, onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha sürətlə inkişaf etməsi üçün böyük potensial var. Rayonda iqtisadi inkişafı təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində işlər görülür. Bununla belə, İsmayıllının perspektiv inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi zəruridir.
F.Məmmədov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə aqrar sahə daha da inkişaf etdirilməli, daxili istehsal artırılmalıdır. Bu baxımdan İsmayıllıda da kənd təsərrüfatının böyük perspektivi var.
İsmayıllının böyük taxılçılıq rayonu hesab olunduğunu vurğulayan F.Məmmədov rayon üzrə məhsul istehsalının əvvəlki illə müqayisədə 20 faizədək artaraq, 100 min tondan çox olmasını müsbət qiymətləndirib. İsmayıllının tarixən böyük üzümçülük ənənələrinə malik olduğunu xatırladan nazir bu sahənin böyük gəlir gətirən və əməktutumlu sahə hesab olunduğunu, onun inkişaf etdirilməsinin rayon iqtisadiyyatına böyük gəlirlər gətirəcəyini və yeni iş yerləri yaradacağını qeyd edib.
F.Məmmədov yerli icra hakimiyyəti nümayəndələrini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, iş adamlarına hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı, fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini hiss etməyə çağırıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb və yaxın illərdə büdcədən rayona ayrılan dotasiyaları tamamilə aradan qaldırmağa səy göstəriləcəyini bildirib.
Görüşdə çıxış edən sahibkarlar – Lətifə Əliyeva, Rüstəm Əhmədov, Əfqan Əhmədov, Sahib Şirinov, Ruhiyyə Süleymanova, Cümşüd Hacıyev, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, RİH başçısının Qubaxəlilli İƏD-i üzrə nümayəndəsi Yaşar Calalov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Sevda Qasımova və ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, İsmayıllı rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kreditlərin ayrılması, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılmasında kömək göstərilməsi və digər təkliflərlə çıxış ediblər.
Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.
V.Salehov
Nazir ictimaiyyət  nümayəndələri ilə görüşübNazir ictimaiyyət  nümayəndələri ilə görüşüb

Şərh Yaz