İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd Müəllim!
Böyük sevinc, fərəh və minnətdarlıq hissi ilə bildiririk ki, doğma kəndimizə təbii qazın verilişi bərpa edildi. Buna görə bütün aidiyyəti ünvanlara minnətdarlığımızı çatdırırıq.
Qurbanəfəndi kəndinin sakinləri yurdsevən, qədirbilən və çalışqan insanlardırlar. Yaxşı bilirik ki, 1990-cı ilin birinci yarısından dayandırılmış qazın verilişi Prezidentimizin ölkə vətəndaşlarına gündəlik qayğısının bariz nümunəsidir.
Təbii qazın bərpası ilə həyatımıza rahatlıq gəlir, məişət şəraitimiz yaxşılaşır. Meşələrimiz bundan sonra daha yaxşı qorunacaq, məhsuldar əməyə daha çox vaxtımız olacaqdır.
Bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əmin ola bilərsiniz ki, həmişəki kimi, cənab Prezidentin müəyyən etdiyi yola sadiqik, problemlərin həllində Sizinləyik.
Dərin hörmətlə:
Qurbanəfəndi kənd sakinləri

Şərh Yaz