2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ

2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ
Başa vurduğumuz 2015-ci ildə də həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan yeni dövrün tələblərinə cavab verən kompleks inkişafını davam etdirməklə bir sıra uğurlara imza atmışdır.
Dünyada baş verən çox mürəkkəb və qlobal hadisələr, krizislər, münaqişələr, iqtisadi böhran fonunda düşünülmüş və çevik siyasi kurs sayəsində ölkəmiz mürəkkəb, qlobal proseslərin təsirindən məharətlə qorunmuş, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir.2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ

Başa vurduğumuz 2015-ci ildə də həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan yeni dövrün tələblərinə cavab verən kompleks inkişafını davam etdirməklə bir sıra uğurlara imza atmışdır.
Dünyada baş verən çox mürəkkəb və qlobal hadisələr, krizislər, münaqişələr, iqtisadi böhran fonunda düşünülmüş və çevik siyasi kurs sayəsində ölkəmiz mürəkkəb, qlobal proseslərin təsirindən məharətlə qorunmuş, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Ölkədə iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, layihələr icra edilmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü addımlar atılmışdır.
Milli maraqlarımıza, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, respublikamızın müstəqil, uğurlu xarici siyasət kursu 2015-ci ildə də layiqincə davam etdirilmişdir. İqtisadiyyatın inkişaf dinamikası, nəzərdə tutulan iqtisadi və sosial proqramların icrası, iri transmilli enerji və nəqliyyat layihələrinin reallaşması davam etdirilmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
2015-ci ildə Azərbaycan müxtəlif əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. İyunun 12-də möhtəşəm rəsmi açılış mərasimi ilə başlanan “Bakı-2015” – I Avropa Oyunları biri-birindən maraqlı, gərgin mübarizələr, xoş təəssüratlar və həyəcanla dolu günlərlə yadda qaldı. Azərbaycan öz adını Avropa Olimpiya hərəkatının tarixinə yazdı. 17 gün ərzində davam edən 50 ölkənin 6000-dən çox idmançısının iştirak etdiyi, 28 min xarici turistin izlədiyi I Avropa Oyunları ölkəmiz üçün iqtisadi baxımdan da çox böyük əhəmiyyət daşıdı. Respublikamıza iqtisadi maraqlar artdı. Azərbaycan idman ölkəsi olmasını nümayiş etdirdi, ilk Avropa oyunlarının qaliblərindən biri oldu. İdmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc medala sahiblənərək ikinci oldular. Möhtərəm Prezidentimizin I Avropa Oyunlarının rəmzi olan, qədim Atəşgah məbədində alovlandırdığı məşəl mayın 26-da İsmayıllı şəhərinə də gətirildi. Məşəlin izdihamlı qarşılanma mərasimi oldu.
Ötən ildə də Azərbaycanda insan haqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini tapdı. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumlar, İslam ölkələrinin beynəlxalq konfransları, müxtəlif məzmunlu sessiya və görüşlər tolerantlığın, multikulturalizmin, dini dözümlülüyün, etnik və mədəni özünüdərkin, azadlıq və bərabərlik kimi dəyərlərin Azərbaycanda mövcudluğunu bir daha təsdiq etdi.
Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formada uğurlu xarici siyasət aparır. Keçən il həm qonşu, həm də Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün böyük işlər görülmüşdür. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan sadəcə danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Bu ölkə sülh istəmir, danışıqlar prosesini uzatmaqla vaxt qazanmaq yolunu tutmuşdur. Statuş-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir. Hökumətin ciddi səylərinə, vasitəçilərin, Minsk qrupu həmsədrlərinin təşəbbüslərinə baxmayaraq, məsələ öz həllini tapmır. Bütün bunlarla yanaşı, Azərbaycan öz mövqeyini ciddi cəhdlə müdafiə edir. İnanırıq ki, bizim ərazi bütövlüyümüz gec-tez bərpa olunacaqdır, işğalçı dövlət öz yerində oturdulacaqdır. Г‡ünki bu bizim haqq işimizdir.
2015-ci ildə dünyada iqtisadi və siyasi böhran daha da dərinləşdi. Yaxın Şərqdə, İraqda, Suriyada, Liviyada münaqişələr, qanlı toqquşmalar, müharibələr davam edir. Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən qaçqın və köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir. Onlar ağır vəziyyətə düşür, həlak olurlar. Bütün bunlar Azərbaycan xalqını narahat edir. Г‡ünki biz bu hadisələri yaşamışıq. Məlum hadisələr nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdür. İndi isə müharibələrə məruz qalan insanlar Avropaya sığınacaq tapmaq, canlarını qurtarmaq üçün pənah gətirirlər. Avropada isə radikal qüvvələr, islamafobiya meyllərinin güclənməsi onlar üçün çox təhlükəli bir şərait yaradır. Həmçinin Türkiyə-Rusiya, İran-Səudiyyə Ərəbistanı münasibətləri də bizi ciddi narahat edir. Г‡ünki bu ölkələrin hər biri bizə yaxın dost ölkələrdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatının artım tempi bizi sevindirir. 2015-ci ildə ümumi daxili məhsul bir faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Sərmayələrin yarıya qədəri xarici sərmayələrdir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını qoruyub saxlayır.
Keçən ildə bütün sosial proqramlar uğurla icra edilmiş 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib təmir edilmişdir. Ölkədə yeni sənaye müəssisələri, yüz mindən çox iş yeri açılmışdır ki, bunun da 84 mini daimi iş yeridir.
Beynəlxalq TANAP layihəsinin inşasına başlanmışdır.
İndiki şəraitdə bunu etmək nə qədər çətin olsa belə pensiya və əmək haqlarının qaldırılması barədə müvafiq sərəncamlar imzalandı.
2015-ci il İsmayıllı rayonu üçün də uğurlu, yaddaqalan oldu. Müxtəlif çətinliklərə baxmayaraq, rayonumuz iqtisadi, sosial, mədəni baxımdan tərəqqi edən ölkəmizin sürətli inkişafında fəal iştirak etdi.
2015-ci ildə rayon ərazisində aparılan tikinti işlərinə nəzarəti gücləndirmək, görülən işlərin keyfiyyətini artırmaq və baş planların tələblərinə uyğunluğunu təmin etmək üçün bir sıra tədbirlər görülmüşdür. Yola saldığımız ilin ilk rübündə dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmiş, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar hazırlanıb icrası təmin olunmuşdur.
İsmayıllı şəhərində küçələrin tikintisi və yenidən qurulması davam etdirilmiş, şəhərin 9 küçə və məhəlləsində asfaltlaşma, 3 küçəsində isə abadlıq işləri aparılmışdır. Ümumilikdə İsmayıllı şəhəri ərazisində cari ildə 29821 kvadratmetr asfalt örtük vurulmuşdur. H.Əliyev prospekti, Aydın Səlimzadə, Xaqani, Dostluq küçələrində abadlıq işləri aparılmış, sözügedən küçələrdə əhalinin təhlükəsiz hərəkətini təmin etmək üçün 1516 metr səki yaradılmış, işıqlanma sistemi yenilənmişdir.
Asfaltlanma işləri təkcə İsmayıllı şəhərində görülən işlərlə yekunlaşmamışdır. Belə ki, 2015-ci il İsmayıllı 7 saylı Yol İstismar İdarəsi tərəfindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-30-cu kilometrində təmir işləri aparılmış, İsmayıllı-Cülyan yolunun 1,8 kilometrinə asfalt örtük vurulmuş, Talıstan çayı üzərində yeni körpü inşa edilmişdir.
Hal-hazırda İsmayıllı şəhərinin Baş planının tələblərinin icrası ilə əlaqədar birmərtəbəli, primitiv şəkildə inşa olunan mağazalar küçənin daha uyğun hissəsinə köçürülür. Bazar yaxınlığında infrastrukturu yeniləşdirmək və nəqliyyatın hərəkətini nizama salmaq məqsədilə 0.17 hektar ərazidə “Saat meydanı”nın inşasına başlanmışdır.
Həmçinin bazar ətrafında primitiv tikililərdə fəaliyyət göstərən sənətkarlar üçün yeni və müasir sənətkarlıq bazarının salınması planlaşdırılmışdır.
Ümumilikdə İsmayıllı rayonunda 2015-ci il ərzində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə tələb olunan, 2-si inzibati bina olmaqla 12 ictimai binanın inşasına icazə verilmişdir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında 211 fərdi yaşayış evinin memarlıq-planlaşdırma layihəsi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır.
Bu il həcminə görə ən böyük obyektlərdən biri olan “Yaşıl market”in tikintisi başa çatdırılacaqdır. Fəaliyyətə başladıqdan sonra “Yaşıl market”də 70 daimi, 350 nəfər mövsümü işlə təmin olunacaqdır.
“Azza” şirkəti tərəfindən 2012-ci ildən inşasına başlanmış, hal-hazırda tikinti işləri davam etdirilən Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksində inşaat işlərinin bir hissəsi yekunlaşsa da, yeni sağım və doğuş yeri binasının tikintisi davam etdirilir. Bu il istifadəyə verilən obyektlərdən biri də “Göygöl şərab” zavoduna məxsus 437 kvadratmetr anbar binasıdır.
Digər layihələr əsasında rayonun Qalınçaq kəndində 10 hektar ərazidə, illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində 8.0 hektar ərazidə tikinti altı sahəsi 4800 kvadratmetr olan velosiped zavodunun tikintisi davam etdirilir. Hər iki obyektin açılışı bu il nəzərdə tutulmuşdur.
Tikintisi başa çatmış obyektlərdən biri də, Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon şöbəsi üçün inşa olunan inzibati binadır. Binanın ərazisində İsmayıllı rayon İcra Hakimiyyətinin təqdimatı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni “Fermer evi”nin yaradılması nəzərdə tutulmuşdur. Obyektin tikintisi tamamlanmaq üzrədir.
Rayonda 2015-ci ildə tikintisinə başlanmış növbəti layihə Lahıc qəsəbəsində Dünya Bankının vəsaiti hesabına tikilən “İcma bazarı”dır. “İcma bazarı” Lahıc qəsəbəsində Sovetlər dönəmində dağıdılmış köhnə karvansarayın yerində, həmin karvansaray binasının arxitektura görkəmini və yerli memarlıq üslubunu qorumaq şərti ilə inşa olunur.
2015-ci ildə “Tanyapı” şirkəti tərəfindən 2 yeddimərtəbəli binanın, sahibkar tərəfindən şəhərin H.Əliyev prospektində ikimərtəbəli ofis binasının tikintisinə başlanmışdır.
2016-cı ildə rayon ərazisində daha böyük həcmli obyektlərin inşası planlaşdırılmışdır. Təqdim olunan layihələr içərisində Xanagah kəndinin inzibati ərazisində inşa olunacaq İnşaat materialları (dam örtükləri) zavodu, İsmayıllı şəhərində inşa olunacaq kartof-çipsi istehsalı müəssisəsi, Muğan Bankın İsmayıllı rayon filialı və “Azərişıq” ASC-nin İsmayıllı rayon şöbəsi üçün inzibati bina, İsmayıllı şəhərinin girişində, Talıstan kəndinin ərazisində nəzərdə tutulan, hazırda layihələndirməsi aparılan Cavanşir parkı bu il inşa olunacaq tikililər sırasındadır.
2015-ci ildə rayon büdcəsinin gəliri 18 milyon 961 min 875 manat olmuşdur. Büdcə gəlirlərinin icrası 90 faiz təşkil etmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün büdcələr arasında ayrılan vəsait 86 faiz icra edilməklə 2 milyon 147 min 400 manat kəsirdə qalmışdır.
Yerli mənbələrdən daxilolmalar 5 milyon 720 min manata qarşı, 5 milyon 795 min 275 manat və ya 75 min 275 manat çox olmuşdur ki, bu da 101 faiz təşkil etmişdir. 2015-ci ildə illik məxaric proqnozu 21 milyon 34 min manata qarşı 18 milyon 647 min 921 manat, 89 faiz, yəni 2 milyon 386 min 79 manat kəsirlə yerinə yetirilmişdir.
Rayonun cari il üçün büdcəsi gəlirlər və xərclər bərabər olmaqla 19 milyon 856 min 463 manat məbləğində təsdiq edilmişdir. Gəlirlərin 14 milyon 216 min 463 manatı yerli gəlir və xərcləri tənzimləmək üçün büdcələr arasında ayrılan vəsait, 5 milyon 640 min manatı isə yerli mənbələrdən daxilolmalar hesabına nəzərdə tutulmuşdur.
2015-ci ildə əvvəlki illə müqayisədə orta aylıq əmək haqqı 2,4 faiz artaraq 266 manata çatmışdır.
2015-ci ildə rayonda ümumi məhsul buraxılışı müqayisəli qiymətlərlə 164 milyon 219 min 300 manat olmuşdur. Artım kənd təsərrüfatı üzrə 10,6 faiz, nəqliyyatda 6 faiz, informasiya və rabitədə 7,1 faiz, ticarətdə 10,3 faiz təşkil etmişdir.
Yola saldığımız 2015-ci ildə əsas kapitala investisiya qoyuluşu 30 milyon 711 min 900 manat olmuşdur. 12 milyon 363 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
2015-ci ildə 1127 ailənin 5168 üzvünə ünvanlı sosial yardım verilmişdir. Ünvanlı sosial yardım alan ailələrin sayı 2014-cü illə müqayisədə 167 ailə artmış, hər ailəyə düşən orta aylıq məbləğ 139 manata, adambaşına düşən aylıq məbləğ isə 30 manata çatmışdır. 2015-ci il ərzində aztəminatlı ailələrə bir milyon 782 min 173 manat ünvanlı sosial yardım verilmişdir. Hesabat ilində yeni doğulan 904 uşağa görə 862 nəfərə 79 min 990 manat müavinət ödənilmişdir.
2015-ci ildə 246 nəfərə yaşa görə, 166 nəfərə əlilliyə görə, 41 nəfərə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İl ərzində əmək pensiyaçılarına 25 milyon 348 min manat, digər müavinətlərin ödənilməsinə isə 391 min 400 manat vəsait xərclənmişdir. Hesablanmış aylıq pensiya məbləğinin vaxtında pensiyaçılara çatdırılması təmin edilmişdir.
Respublika Fondundan 2015-ci ildə pensiya və müavinətlərin ödənişinə 21 milyon 795 min manat vəsait köçürülmüşdür ki, bu da ödənilmiş pensiya məbləğinin 86 faizini təşkil edir. Ödənişin qalan 14 faizi yerli daxilolmalar hesabına reallaşmışdır. Bundan büdcə təşkilatlarından 3 milyon 226 min 500 manat, qeyri-büdcə təşkilatlarından 902 min 600 manat, cəmi 4 milyon 129 min manat sığorta haqqı toplanmışdır.
Hesabat dövründə Rayon Məşğulluq Mərkəzində 510 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmış və onlardan 396 nəfəri işlə təmin edilmişdir. 2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ 2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ 2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ 2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı M.M.Sadıqovun M Ə R U Z Ə S İ

Rayonda 2015-ci ildə 720 yeni iş yeri açılmışdır. Mövcud daimi iş yerlərinin sayı 495 olmaqla, bunlardan 9-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 3-ü mövcud müəssisə və təşkilatlarda, 483-ü isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdədir.
14 aprel və 25 iyul 2015-ci il tarixlərdə rayonda iki dəfə “Əmək yarmarkası” keçirilmişdir. Birinci “Əmək yarmarkası”nda 84 idarə, müəssisə və təşkilat tərəfindən 260 boş iş yeri təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərinə 132 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş və onlar işlə təmin olunmuşlar. İkinci “Əmək yarmarkası”nda isə 107 idarə, müəssisə və təşkilat tərəfindən 393 boş iş yeri təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərinə 146 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş və onlardan 137 nəfəri işlə təmin olunmuşdur.
Hesabat ilində əhaliyə göstərilən ticarət xidmətinin səviyyəsi yüksəlmiş, pərakəndə əmtəə dövriyyəsi 137 milyon 195 min manat, yəni keçən ilin müvafiq dövrünə nisbətən 19 milyon 245 min manat artıq olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 422 min manat artaraq, 22 milyon 162 min manat təşkil etmişdir.
Bütün bunlarla yanaşı, rayonda ticarət sektorunda narahatlıq doğuran sahələr də mövcuddur. Belə ki, ərzaq məhsullarının satışına, saxlanmasına lazımınca diqqət yetirilmir. Ticarətin sıx yeri olan bazarda sanitar vəziyyət qənaətbəxş deyil, ərzaq məhsullarının satışında gigiyena qaydalarına ciddi əməl olunmur.
Nəqliyyat sektorunda yük daşınması 2 milyon 114 min ton olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artıqdır. Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. “İsmayıllı Avtonəqliyyat” ASC 2015-ci ildə də nəqliyyat sektorunda fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. Şəhərdaxili marşrutlarda sərnişin daşımalarını yaxşılaşdırmaq üçün tədbirlər görülür. Avtobusların hərəkəti şəhərin əsas sahələrini əhatə edir. Şəhərdaxili marşrutlarda müasir dayanacaqlar quraşdırılmışdır. İri şəhərlərə sərnişin daşınması təşkil edilmişdir.
İsmayıllı Elektrik Şəbəkəsi 23 min 898 abonentə xidmət göstərir. Onların da 20 min 786-sı əhali, 3112-sı qeyri-əhali abonentləridir. 2015-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 67 milyon 559 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 56 milyon 376 min kilovat-saat faydalı enerji ötürülmüşdür. İstehlak olunmuş enerjiyə görə 3 milyon 23 min manat vəsait ödənilmişdir. İllik yığım 89,3 faiz yerinə yetirilmişdir.
Bu sahədə əsaslı və cari təmir işləri aparılmış, rayon əhalisi fasiləsiz elektrik enerji ilə təmin olunmuş, istehlakçıların hüquqları müdafiə olunaraq şəbəkəyə daxil olan bütün müraciətlə həll edilmişdir. Bütün bunlarla yanaşı rayonun elektrik təsərrüfatının yenidən qurulması davam etdirilməlidir.
Rayonun 108 yaşayış məntəqəsindən rayon mərkəzi də daxil olmaqla 37 yaşayış məntəqəsi qazlaşdırılmışdır. İsmayıllı Qaz İstismar Sahəsi 14 min 247 abonentə xidmət göstərir ki, bunun da 14 min 97-si əhali, 150-si qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 29,2 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 96,7 faiz ödənilmişdir. İl ərzində 929 əhali abonenti yeni qeydiyyata alınmışdır. 1395 əhali və 20 qeyri-əhali abonenti ilə alqı-satqı müqaviləsi imzalanmışdır.
İl ərzində İsmayıllı şəhərində və Zoğallıq kəndində korroziyaya uğramış xətt yenisi ilə əvəz olunmuşdur. Abonentlərin 419 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, yeni abonentlər üçün 692 ədəd məişət qaz sayğacı istismara qəbul edilmişdir. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 42 ədəd köhnə qaztənzimləyici şkaf və xətlərin üstündə 6 ədəd müxtəlif ölçülü siyirtmələr yeni, müasir qaztənzimləyici qurğularla əvəz olunmuşdur.
2015-ci ildə Basqal qəsəbə, Xanagah, İstisu və Г‡ayqovuşan kəndləri qazlaşdırılmışdır. Bu yaşayış məntəqələrində 24 min paqon-metrdən çox daşıyıcı və paylayıcı qaz xəttinin tikintisi aparılmış, 1628 ədəd məişət qaz sayğacı quraşdırılmışdır. Qurbanəfəndi kəndinin qazlaşdırılması başa çatdırılmışdır. Lakin digər rayonlarla müqayisədə kəndlər üzrə qazlaşma hələ yüksək səviyyədə deyil.
İsmayıllı Su-Kanal İdarəsi 4138 əhali, 186 büdcə və kommersiya obyektinə xidmət göstərir. Su-Kanal idarəsi tərəfindən şəhərdaxili daşıyıcı və paylayıcı xətlərin fasiləsiz işləməsi üçün xətlərdə vaxtaşırı cari təmir işləri aparılmış, korroziyaya uğramış hissələr dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemi infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Ümumilikdə layihənin icrası ilə əlaqədar anbarların tikintisi və su xətlərinin çəkilməsi başa çatdırılmışdır. Abonentlər üçün 2015-ci ildə 5850 ədəd mexaniki su sayğacı quraşdırılmışdır. Hazırda abonentlər fasiləsiz içməli su ilə təmin olunurlar.
Bütün bunlarla yanaşı bildirmək istəyirəm ki, hələ də bir çox yaşayış məntəqələrinin, iri kəndlərin su problemi öz həllini gözləməkdədir. Müxtəlif daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz həllini tapacaqdır.
Şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariya hallarının qarşısının alınması ilə əlaqədar Rayon Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 335 min kvadrat metr sahəsi olan küçə və meydanlara 25,8 hektar yaşıllıq sahəsinə qulluq göstərmiş, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirmişdir. 2015-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 498,4 min manat olmuşdur. Bərk məişət tullantıları gündəlik daşınaraq poliqonda zərərsizləşdirilmişdir.
Mənzil İstismar Sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzilə xidmət göstərir. Xidmətdə olan mənzillərin 727-si tam özəlləşdirilmiş, 250 mənzil isə qeyri-özəldir. 2015-ci ildə çoxmərtəbəli yaşayış binalarında əsaslı və cari təmir işləri aparılmışdır. Cavanşir küçəsində yerləşən 16 mənzildən ibarət üç mərtəbəli və Heydər Əliyev prospektində yerləşən dörd mərtəbəli 48 mənzilli 4 yaşayış binasında 2670 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir.
M.F.Axundov küçəsi 15 və 17 ünvanlarda yerləşən iki üçmərtəbəli 16 mənzilli yaşayış binalarının fasadları və giriş hissələri müasir üslubda təmir edilmişdir.
M.F. Axundov küçəsi 9, 34, 36, Cavanşir küçəsi 21”a” və 21”b”, Heydər Əliyev prospekti 113 ünvanlarında yerləşən yaşayış binalarının məhəllələri asfaltlaşdırılaraq abadlaşdırılmışdır.
İsmayıllı şəhərində ümumilikdə 235 mənzildən ibarət 7 yaşayış binasında istilik sistemi quraşdırılsa da bu sahə üzrə ciddi problemlər də mövcuddur. M. Orucov küçəsində 14 birmərtəbəli 2-5 mənzilli köhnə binalar var ki, onların sökülməsi və yerində müasir binaların ucaldılması zəruridir. Г‡oxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi cari ildə vacib bir məsələ kimi qarşıda durur.
İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 307 mənzilə yeni telefon xətti çəkmiş, 76 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur. Qovşaq üzrə 3586 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 1336, kəndlərdə isə 2250 abunəçiyə telefon xətləri çəkmək imkanları qalmaqdadır. Qovşağın xidməti ərazisində 3840 abunəçi geniş zolaqlı internet xidmətindən istifadə edir. Optik kabellər üçün 294 ədəd nəzarət nişanları basdırılmış, 17 ədəd paylayıcı şkaf əsaslı təmir olunmuşdur.
Hesabat dövründə Qovşaq 898,2 min manat gəlir əldə etmişdir ki, bu da əvvəlki illə müqayisədə 51,5 min manat çoxdur. Dövlət büdcəsinə 195,5 min, DSMF-na isə120,1 min manat vəsait ödənilmişdir.
Bütün bunlarla yanaşı Qovşağın fəaliyyətində çətinliklər də mövcuddur. Dağ kəndlərinin keyfiyyətli rabitələşməsində problemlər yaşanır.
İsmayıllı Poçt filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbəsi vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 212,7 min manata qarşı 224,6 min manat və ya 105,6 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 13 min manat çoxdur.
Əhaliyə göstərilən poçt xidmətləri 169 min manat proqnoza qarşı 172 min manat və ya 102 faiz, bank maliyyə xidmətləri 59,7 min manat proqnoza qarşı 67,1 min manat və ya 112,4 faiz yerinə yetirilmişdir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün İvanovka, Qalagah, Ruşan və Qalacıq poçt şöbələri üçün yeni bina tikilmişdir. Bank-maliyyə xidmətləri göstərməsi üçün Xəlilli, Ruşan, Quşencə, Sumağallı, Qalacıq və Diyallı poçt şöbələrinə Mərkəzi Bankdan lisenziya alınmış və bu xidməti göstərən poçt şöbələrinin sayı 23-ə çatdırılmışdır.
Rayonda fəaliyyət göstərən 12 bank və bank olmayan kredit təşkilatları tərəfindən il ərzində 19 milyon 812 min manat kredit verilmişdir. Kreditlərin 7 milyon 801 manatı uzunmüddətli, 12 milyon 11 min manatı isə qısamüddətli kreditlərdir. Bunun 5 milyon 351 min manatı kənd təsərrüfatı, 2 milyon 419 min manatı ticarət, 566 min manatı təsərrüfatın inkişafı və biznes məqsədlərinə, 4 milyon 254 min manatı digər məqsədlərə, 7 milyon 223 min manatı isə istehlak kreditləri olmuşdur. Kreditlərin faizi çox yüksək -26-28 faiz təşkil edir. Banklar istehlak kreditlərin verilməsinə üstünlük verir. Kreditlərin 36 faizi istehlak məqsədilə götürülmüşdür.
Cənab Prezident tərəfindən 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan edilməsi kənd təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaratmış, aqrar sahənin inkişafına dövlət dəstəyi artırılmışdır.
Bu sahədə fəaliyyətinin genişləndirilməsi məqsədilə keçən il 78 nəfər hüquqi və fiziki şəxsə 1564 min manat kredit verilmişdir ki, bu da 170 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Layihələr əsasında İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Sumağallı, Talıstan, Kürdmaşı, Diyallı, Yeniyol, Г‡əmənli kəndlərində 60-dan çox istixana yaradılmış və yüksək keyfiyyətli tərəvəz məhsulları istehsal edilmişdir.
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətlənməsi ilə bağlı tədbirlər haqqında Fərmana müvafiq olaraq rayonun müxtəlif ərazilərində yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyində olan 100 nəfərdən çox gəncin iştirakı ilə “Gənc təsərrüfatçılar məktəbi” təsis edilmişdir. İl ərzində rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarının, fermerlərin, iş adamlarının, sahibkarların iştirakı ilə beş elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayonun aqrar iqtisadiyyatının hazırki vəziyyəti müzakirə edilmiş, bu sahənin inkişaf etdirilməsi yolları və qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahə iki mühüm istiqamətdə – bitkiçilik və heyvandarlıq sahələri üzrə inkişaf etdirilir. Cari ilin məhsulu üçün ötən ilin payızında 28212 hektar taxıl əkilmişdir ki, bunun da 20340 hektarını buğda, 7872 hektarını isə arpa təşkil edir. 3618 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitki əkinləri əsasən noxud, qarğıdalı, günəbaxan, kartof, tərəvəz, yemlik paxla, yonca və sair bitkilərdən ibarətdir.
Rayon üzrə məhsul istehsalı taxılçılıqda keçən illə müqayisədə 21274 ton artırılaraq 104894 tona çatdırılmış, məhsuldarlıq 36,3 sentner təşkil etmişdir. Yazlıq bitkilərdən 7650 ton tərəvəz, 6790 ton kartof, 1544 ton paxlalılar, 68 ton qarğıdalı, 406 ton günəbaxan və digər məhsullar istehsal edilmişdir. Kartof istehsalı keçən illə müqayisədə 214 ton, tərəvəz istehsalı isə 160 ton çox olmuşdur.
Rayonda əkinçiliyin inkişaf etdirilməsində böyük torpaq potensialı olan Qubaxəlilli və İvanovka kəndlərində iri taxılçılıq aqrokombinatlarının yaradılması nəzərdə tutulmuşdur. Bu təsərrüfatlarda kənd təsərürfatı məhsullarının istehsalı, onun sonrakı emalı, saxlama və satışı, eləcə də istehsal müəssisələrinin tikintisi və s. nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli, 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar iyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27957 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat yardım verilmişdir.
Hesabat ilində “Aqrolizinq” ASC-nin xətti ilə rayon Aqroservis filialına və rayonun kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə 6 ədəd yeni kombayn, 20 ədəd yeni traktor və 24 ədəd müxtəlif markalardan olan kənd təsərrüfatı texnikası verilmişdir.
“Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 2 min tondan artıq mineral gübrələr satılmışdır.
Rayon iqtisadiyyatına daha çox gəlir gətirən və əmək tutumlu sahə olan üzümçülüyün inkişaf etdirilməsi diqqət mərkəzində olmuş, üzüm plantasiyalarının sahəsi 1048 hektara çatdırılmışdır. Keçən il 114 hektar sahədə süfrə sortlarından ibarət yeni üzüm bağları salınmış, bağlardan 3408 ton məhsul toplanılmışdır ki, bu da əvvəlki illə müqayisədə 617 ton çoxdur.
12 hektar sahədə yeni meyvə bağı salınmış və rayon üzrə meyvə bağlarının sahəsi 1165 hektara çatdırılmışdır. Keçən il bağlardan 8277 ton məhsul toplanmışdır ki, bu da əvvəlki ildən 139 ton çoxdur.
“İsmayıllı Şərab-2” üzüm emalı zavodu 2015-ci ildə 450 ton üzüm qəbul etmiş, 350 ton şərab istehsal etmişdir. Zavod ixrac potensialını artırmaq üçün tədbirlər görür.
Kürdmaşı kəndində fəaliyyət göstərən “İsmayıllı Şərab-1” üzüm emalı zavodu isə 2013-cü ildə yenidən qurularaq istifadəyə verilmiş, 2015-ci ildə fəaliyyətini davam etdirmişdir.
Rayonda heyvandarlıq sahəsinin inkişafına xüsusi diqqət yetirilir. 01 yanvar 2016-cı il tarixə rayon üzrə 51607 baş iri buynuzlu, (ondan 24040 baş inək), 183359 baş xırda buynuzlu heyvan, 276913 baş quş və 6150 arı ailəsi vardır. İl ərzində rayon üzrə 5316 ton diri çəkidə ət, 34868 ton süd, 9 milyon 156 min ədəd yumurta, 396 ton yun istehsal olunmuşdur. Beləliklə, əvvəlki illə müqayisədə rayon üzrə 177 baş iri buynuzlu, o cümlədən 64 baş inək, 3755 baş xırda buynuzlu mal-qara, eləcə də 70 ton ət, 750 ton süd, 105 min yumurta və 6 ton yun artmışdır.
01 yanvar 2016-cı il tarixə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 81890,7 min manat təşkil etmişdir ki, bunun 44724,9 min manatı bitkiçilik məhsullarının, 37165,8 min manatı isə heyvandarlıq məhsullarının payına düşür. Bitkiçilik sahəsində 20,9 faiz, heyvandarlıq sahəsində isə 3,4 faiz artım əldə olunmuşdur. Kənd təsərrüfatı sahəsində ümumilikdə keçən illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, müqayisəli qiymətlərə görə isə 10,6 faiz artım müşahidə olunmuşdur.
Yola saldığımız ildə 2135 baş iri buynuzlu qara malda süni mayalanma aparılmış, nəticədə 1256 baş yüksək məhsuldarlıq göstəricilərinə malik cins buzov və balaq alınmışdır.
Rayonda arıçılıq təsərrüfatlarının yaradılmasına da meyl güclənmiş, Arıçılar birliyi yaradılmışdır. Hazırda rayonda 6 mindən çox arı ailəsi mövcuddur. Cari ildə arıçılarımız 72 ton yüksək keyfiyyətli bal istehsal etmişlər. İvanovkada 165 arı ailəsindən ibarət təsərrüfat fəaliyyət göstərir. Son illər Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.
Balıqçılıq sahəsi ən gəlirli sahələrdən biri olduğundan bu sahənin inkişafı üçün bir sıra kəndlərdə əlverişli imkanlar mövcuddur. Odur ki, Cülyan, Diyallı, Qalınçaq kəndlərində bu sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər aparılır.
Əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə hər ay rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi ənənəvi hal almışdır. Novruz və yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuşdur. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 20-25 faiz aşağı qiymətlərlə taxıl, ət, süd, eləcə də meyvə, tərəvəz, bal və digər məhsullar satılmışdır.
Hesabat dövründə rayonda yaşıllaşdırma məqsədilə 26000 ağac əkilmişdir. Əkilmiş ağacların mühafizə olunması, onlara aqrotexniki qulluq işlərinin aparılması və qorunub saxlanması məqsədilə idarə və təşkilatlara təhkim olunmuş, əkin aparılmış sahələrin ətrafı tikanlı məftillərlə bağlanmışdır.
İsmayıllı şəhəri (keçmiş Mican və İsmayıllı kəndləri) ərazisində 240 hektar əkinaltı torpaq sahəsində meliorativ tədbirlər həyata keçirilmiş, eləcə də 244 hektar sahədə 6700 p/m uzunluğunda qapalı drenaj və 6700 p/m uzunluğunda beton kanal çəkilmiş, 2750 p/m uzunluğunda isə qapalı suyığıcı quraşdırılmışdır. Diyallı kəndi ərazisində 1060 p/m, Təzəkənd kəndi ərazisində isə 252 p/m uzunluğunda nov kanalı dəyişdirilmişdir. Qubaxəlilli, Gideyli, Enişdibi, Balik, Quşencə, Topçu, Ağbulaq və Qoşakənd kəndlərinin hər birində bir ədəd olmaqla subartezian quyuları qazılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, Xəlilli, Külüllü, Molaisaqlı və Hapıtlı kəndlərində qazılacaq subartezian quyularının yeri müəyyən edilmiş və təkliflər hazırlanaraq Respublika Nazirlər Kabinetinə təqdim edilmişdir.
Rayon Baytarlıq İdarəsi dabaq, qarayara, tuberkulyoz, bruselyoz və digər xəstəliklərə qarşı vaksinasiya tədbirləri həyata keçirmiş, baş verən xəstəliklərin müalicəsi istiqamətində lazımi tədbirlər aparmışdır. 2015-ci ildə rayon ərazisində heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizootik cəhətdən sağlam olmuşdur.
Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən 102 akt, 36 protokol və 11 ədəd icrası məcburi olan göstəriş verilmiş, ətraf mühitə atılan tullantılara görə 98 hüquqi və fiziki şəxsə 25200 manat ödəmə verilmişdir.
Şöbə tərəfindən qanunsuz ov edənlərə qarşı 10 ədəd akt və 10 ədəd protokol tərtib edilərək, 10 min manat məbləğində cərimə tətbiq edilmiş və materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Ötən il ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 42 hektar sahədə meşə əkini və 18 ha. sahədə meşə səpini aparılmış, 360 hektar sahədə isə təbii meşə bərpasına köməklik tədbirləri həyata keçirilmişdir. Müəssisənin tinglik sahəsində 2,0 hektar sahəyə toxum səpilmiş, 0,5 hektar ərazidə çiling kökləndirmə tədbirləri, 50 hektar sahədə isə meşə əkinlərinin təmir işləri yerinə yetirilmişdir.
Qanunsuz olaraq meşələrin qırılması ilə əlaqədar 40 akt tərtib edilmiş, təbiətə dəymiş ziyana görə 3070 manat cərimənin ətraf mühitin mühafizəsi fonduna köçürülməsi təmin edilmişdir. Tinglik sahəsində 200 min ədəd müxtəlif ağac tingi çıxarılaraq yeni meşə zolaqlarının salınmasına, yaşayış məntəqələrinin və avtomobil yollarının kənarının yaşıllaşdırılmasına sərf edilmişdir.
2015-ci il ərzində rayon ərazisində torpaq qanunvericiliyinin pozulmasının 9 halı aşkar edilmişdir. Bunun 8 halının qarşısı xəbərdarlıqla alınmış, bir halda isə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimə tətbiq edilmişdir.
Zəngin təhsil və ziyalılıq ənənələri olan İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Son illərdə rayonda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi, maddi bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması sahəsində əsaslı işlər görülmüş, təhsilin məzmununda, inkişaf istiqamətlərində mühüm yeniliklər baş vermişdir.
Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbinin 46-sı tam orta, 22-si ümumi orta, 12- si ibtidai məktəbdir. 78 məktəbdə təlim Azərbaycan dilində, 2-də Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin sayı 11375, müəllimlərin sayı 1514 nəfərdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 1283 nəfər ali, 231 nəfər isə orta-ixtisas təhsilli müəllim məşğul olur.
Ölkənin davamlı iqtisadi inkişafı məktəb tikintisinə, mövcud olanların əsaslı təmirinə şərait yaratmışdır. Hesabat ilində şəhər 3 nömrəli məktəb-liseyin binası əsaslı şəkildə təmir edilmiş, müasir mebel və avadanlıqlarla təchiz olunmuşdur. Şəhər 7 nömrəli, Basqal qəsəbə tam orta, Minkə ümumi orta, Namazgah, II Yeniyol kənd ibtidai məktəblərin binalarında təmir işləri aparılmış, istilik sistemləri yenilənmişdir.
Ümumtəhsil məktəblərinin 50-si, məktəbdənkənar müəssisələrin 4-ü, uşaq bağçalarının 6-sı istilik sistemləri ilə təchiz olunmuşdur. Şagirdlərin 80 faizdən çoxu müasir istilik sistemləri ilə qızdırılan məktəblərdə təhsil alır.
Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr edilmiş Respublika inşa yazı müsabiqəsində şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Zeynəb İsayeva Təhsil Nazirliyinin diplomuna layiq görülmüşdür. Onun inşa yazısı müsabiqəyə aid kitaba daxil edilmişdir.
2015-ci ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika mərhələsində 5 nəfər şagirdimiz qaliblər sırasında olmuşdur.
Ali məktəblərə tələbə qəbulu imtahanlarında 325 nəfər məzun tələbə adını qazanmışdır. Onlardan 20 nəfəri 600-dən yuxarı, 65 nəfəri isə 500-600 arasında bal toplamışdır. Qəbul imtahanlarında yüksək bal toplamış məzunların şərəfinə rayonda bayram tədbiri keçirilmiş, 600-dən yuxarı və 500-600 arasında bal toplayanlar Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Şagirdlərin təlim-tərbiyəsi sahəsində qazandıqları yüksək nəticələrə görə 2015-ci ildə müvafiq Sərəncamla şəhər 3 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Humay Əhmədova Əməkdar müəllim, Lahıc qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin keçirildiyi son 8 il ərzində 26 müəllimimiz və 22 məktəbimiz bu müsabiqələrin qalibi olmuşdur. Keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində şəhər 5 nömrəli və Təzəkənd kənd tam orta məktəbləri, “Ən yaxşı müəllim” müsabiqəsində şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, Lahıc qəsəbə tam orta məktəbin fizika müəllimi Rövşən Əliyev, Cülyan kənd tam orta məktəbin xarici dili müəllimi Şərafət Bayramov, Şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Leyla Babayeva qalib gəlmişlər.
Rayonda təhsil sahəsində görülən işlərlə yanaşı problemlər və çətinliklər də mövcuddur. Hazırda 10 məktəbəqər uşaq müəssisəinin 7- si uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Doqquz məktəbimiz qəzalı vəziyyətdədir. Dörd ibtidai məktəbin öz binası yoxdur. Rayonda məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən yuxarı olduğu halda, onlardan yalnız 375 nəfəri məktəbəqədər təhsilə cəlb edilmişdir. Əksər yaşayış məntəqələrində uşaq bağçaları yoxdur. Məktəblərin yarıdan çoxunda psixoloqlar çatışmır, xarici dil müəllimlərinə ciddi ehtiyac vardır. Qış mövsümündə təhsil müəssisələrinin qızdırılması üçün dizel yanacağı və oduna ayrılan vəsait tələbatı ödəmir. Ayrılan dizel yanacağı ilə istilik sistemlərini fasiləsiz işlətmək mümkün olmur.
2010-cu ildə istifadəyə verilmiş 480 yerlik Peşə Tədris Mərkəzində 14 qrup üzrə 280 nəfər şagird təhsil alır. Beş qrup üzrə 96 nəfər şagirdə dərslər modul sistemi üzrə tədris edilir. Hal-hazıra kimi 155 nəfər şagird məktəbi bitirərək müxtəlif peşələrə yiyələnmiş, məzunların 2013-cü ildə 28 faizi, 2014-cü ildə 32 faizi, 2015-ci ildə isə 34 faizi işlə təmin olunmuşdur. 2015-ci ildə Mərkəz Təhsil Nazirliyi tərəfindən 750 min manatlıq ən müasir kənd təsərrüfatı texnikası ilə təmin olunmuşdur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci regionda ortaq potensiallı rayonların sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli tədris müəssisəsidir. Burada 2015-2016-cı tədris ilinin tələbə qəbulu da daxil olmaqla hal-hazırda 33 qrupda (3-ü qiyabi, 30-u əyani olmaqla) 445 nəfər tələbə təhsil alır. Kollecdə əsas baza olaraq aqrar ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Lakin kollecin özünə məxsus binası olmadığı üçün Peşə Tədris Mərkəzinin binasında yerləşdirilmişdir. Kollecin beynəlxalq əlaqələrinin qurulması istiqamətində müəyyən işlər görülmüş, artan kontingentlə Peşə Tədris Mərkəzində yerləşmə mümkün olmadığından Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu ildən keçmiş uşaq xəstəxanasına məxsus bina təmir olunaraq kollecin istifadəsinə verilmişdir.
Əhalinin sağlamlığının qorunması məqsədilə 2015-ci il fevral ayının 2-dən may ayının 1-dək Respublikada aparılan dispanserizasiya İsmayıllıda da uğurla həyata keçirilmiş, müvafiq komissiya və işçi qrupu yaradılaraq tibbi müayinəyə cəlb edilmişdir. Əhalinin müxtəlif qrupları üzrə 68645 nəfər müayinədən keçmiş, onlardan 1477 nəfəri ambulator, 179 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 41 nəfəri Bakı şəhərinə müxtəlif müalicə mərkəzlərinə göndərilmişdir.
Rayonun tibbi xidmət şəbəkəsi 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarından, Poliklinika şöbəsindən, Uşaq poliklinikasından, 11 kənd həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 109 nəfər həkim, 325 nəfər orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 12,8 həkim, 38,7 orta tibb işçisi, 22,6 çarpayı düşür. 2015-ci il ərzində rayon üzrə 19884 çarpayı günü, 2380 stasionar, 37159 ambulator qəbul olmuşdur. 564 nəfər onkoloji xəstə ilkin dispanser qeydiyyatına götürülmüşdür. Rayon üzrə 489 nəfər vərəmli xəstə, 1257 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. 2015-ci ilin iyun ayından nikaha daxil olan cütlüklərin müayinəsi aparılır. Nikaha görə 746 nəfər irsi qan xəstəlikləri və infeksiyalara görə müayinə olunmuşdur.
GEM tərəfindən sanitariya nəzarəti həyata keçirilmiş, su hövzələrindən, anbarlardan nümunələr götürülərək bakterioloji müayinələr aparılmış, əks epidemik rejimin gözlənilməsi üçün lazımi tədbirlər görülmüşdür.
Bütün bunlarla yanaşı səhiyyə sahəsində ciddi problemlər də mövcuddur. Rayon üzrə 25 həkim vəzifəsi vakantdır. Vakant ştatlardan 10-u kənd sahə xəstəxanalarına və kənd həkim məntəqələrinə aiddir. Kəndlərimizin bir çoxunda tibbi səhiyyə obyekti yoxdur. RMX-da quraşdırılmış yeni tibbi aparatlarla, diaqnostik vasitələrlə işləyə bilən mütəxəssislərə ciddi ehtiyac vardır. Rayonun GEM-də ixtisaslı sanitar həkim kadrları çatışmır, mərkəzin müasir müay

Şərh Yaz