Əhali tibbi müayinədən keçiriləcək

Əhali tibbi müayinədən keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevral ayının 15-dən may ayının 2-dək respublika əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilir. Bu məsələ ilə bağlı tapşırıqların icrasını təmin etmək və tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsinə nail olmaq məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sərəncam imzalayıb. Sərəncama əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsini təşkil etmək üçün komissiya, işçi qrupu yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik hazırlanıb.
Sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar 11 fevral 2016-cı il tarixdə aidiyyəti qurum və şəxslərin iştirakı ilə Rayon Mərkəzi Xəstəxanasında RİH-nin başçısı Mirdaməd Sadıqov müşavirə keçirib. Müşavirədə tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin təşkili üçün Rayon Mərkəzi Xəstəxanasınin rəhbərliyinə və işçi heyətinə tapşırıqlar verilib, Həmçinin Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə, idarə və təşkilat rəhbərlərinə tədbirin yüksək səviyyədə təşkili üçün əhali arasında geniş təşkilati izahat işləri aparmaq tapşırılıb.
G.Baxışova

Şərh Yaz