2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili

2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili
Dünya iqtisadiyyatının hazırkı vəziyyəti böhranların dövrlüyünün artması və əhatəsinin genişlənməsi, iqtisadi problemlərin dərinləşməsi ölkə iqtisadiyyatına da bu və ya digər dərəcədə mənfi təsir göstərir. Digər tərəfdən bu amillərlə yanaşı dünya enerji bazarındakı qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır. Lakin qlobal və regional səviyyədə gedən mürəkkəb, siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir. Davamlı sosial–“iqtisadi inkişaf, ölkədə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının inkişafına,2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili

Dünya iqtisadiyyatının hazırkı vəziyyəti böhranların dövrlüyünün artması və əhatəsinin genişlənməsi, iqtisadi problemlərin dərinləşməsi ölkə iqtisadiyyatına da bu və ya digər dərəcədə mənfi təsir göstərir. Digər tərəfdən bu amillərlə yanaşı dünya enerji bazarındakı qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır. Lakin qlobal və regional səviyyədə gedən mürəkkəb, siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir. Davamlı sosial–“iqtisadi inkişaf, ölkədə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaratmışdır. Ölkənin sosial-iqtisadi inkişafının artımı bütün regionları əhatə etmiş, hər bir regionun inkişafı üçün qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla davam etdirilir. Son bir neçə ildə bütün ölkədə olduğu kimi, rayonun iqtisadiyyatı da dinamik sürətlə inkişaf edir, yeni istehsal sahələri yaradılır, iş yerləri açılır, regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramı uğurla həyata keçirilməkdə davam edir.
Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2015-ci ildə faktiki qiymətlərlə 164219,3 min manat, müqayisəli qiymətlərlə 161090,3 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz azalmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 233,2 manat və ya 10,8 faiz azalaraq 1933,6 manata çatmışdır. Məhsul və xidmətlərin 70,8 faizi istehsal sahələrinin, 29,2 faizi isə xidmət sahələrinin payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 81,9 milyon manatlıq və ya ümumi məhsulun 49,9 faizi, sənayedə 3,9 milyon manatlıq (müvafiq olaraq 2,4 faiz), tikinti 28,9 milyon manatlıq (17,6 faiz), rabitədə 0,8 milyon manatlıq (0,5 faiz), nəqliyyatda 3,0 milyon manatlıq (1,8 faiz), ticarət və xidmət sahəsində 45,7 milyon manatlıq (27,8 faiz) məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Keçən illə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 10,6 faiz artmış, sənaye məhsulunun həcmi 4,4 faiz, tikinti işi 53,0 faiz azalmış, rabitə 7,1 faiz, nəqliyyat 6,0 faiz, ticarət isə 10,3 faiz çox olmuşdur.
Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 177 baş artaraq 51607 baş, qoyun-keçilərin sayı 755 baş artaraq 180359 baş, donuzların sayı isə 136 baş azalaraq 230 baş olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 70 ton, süd istehsalı 750 ton, yumurta istehsalı 105 min ədəd, yun istehsalı 6 ton artmışdır.
2015-ci ildə bütün təsərrüfat kateqoriyaları üzrə 28919 hektar sahədən 104894 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 21274 ton əvvəlki ildən çox taxıl istehsal edilmişdir. Taxıl istehsalı əsasən məhsuldarlığın yüksəlməsi hesabına olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 8,2 sentner artaraq 36,3 sentnerə çatmışdır. Toplanmış məhsulun 73,0 faizini buğda, 27,0 faizini isə arpa təşkil etmişdir. Həmin dövrdə buğdanın məhsuldarlığı 37,6 sentner, arpanın məhsuldarlığı 33,9 sentner olmuşdur. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 29,2 faiz cox olmuşdur.
Həmin dövrdə 23 hektar sahədən 68 ton dən üçün qarğıdalı, 684 hektar sahədən 1544 ton paxlalılar, 370 hektar sahədən 406,6 ton dən üçün günəbaxan yığılmışdır. 2014-cü illə müqayisədə qarğıdalının məhsuldarlığı 5,1 sentner artaraq 29,6 sentner, paxlalıların məhsuldarlığı 5,6 sentner artaraq 22,6 sentner, günəbaxanın məhsuldarlığı isə 6,8 sentner artaraq 11,0 sentner olmuşdur.
2015-ci ildə 785 hektar sahənin kartofu yığılmış, 6790 ton məhsul əldə edilmişdir. Bu dövrdə 7650 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 1,2 sentner, tərəvəzin məhsuldarlığı isə 0,3 sentner artmışdır. Rayon üzrə 2015-ci ildə 8277 ton meyvə, 3408 ton üzüm yığılmışdır.
Ötən il rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 3935,9 min manatlıq mal buraxılışı olmuşdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 86,4 faiz təşkil edir. Sabit qiymətlərlə isə sənayedə keçən illə müqayisədə 4,4 faiz enmə müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 9,6 faiz çox – 56,9 milyon kilovat-saat elektrik enerjisi, 1,2 milyon kubmetr az – 29,1 milyon kubmetr qaz istehlak olunmuşdur. Cari ilin 12 ayı ərzində sənaye müəssissələri tərəfindən 25,0 kvadratmetr xalça toxunmuşdur.
2015-ci ilin yanvar-dekabr aylarında rayonda 12363,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 79,7 faiz azdır. Hesabat dövründə əsas kapitala 30711,9 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,7 faiz azdır. Rayonun podratçı təşkilatları tərəfindən öz gücləri ilə 12 ay ərzində 8331,1 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 18909,7 min manat azdır.
Hesabat ilinin yanvar-dekabr aylarında rayon əhalisinə 137195,0 min manatlıq istehlak malları satılmış, əhaliyə 22162,0 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 10,3 faiz çox, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə müqayısəli qiymətlərlə 5,6 faiz çox təşkil etmişdir. Həmin dövrdə informasiya və rabitə xidmərlərinin həcmi 770,5 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən 7,1 faiz çoxdur.
01 dekabr 2015-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 266,3 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 2,4 faiz çox olmuşdur.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili2015-ci ildə İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili

Şərh Yaz