Partiya fəalları ilə dəyirmi masa

Partiya fəalları ilə dəyirmi masa Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş yeni iqtisadi islahatlarla əlaqədar qarşıda duran vəzifələrə dair YAP İsmayıllı rayon təşkilatının qərargahında partiya fəalları ilə dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova partiyanın 2015-ci ildə gördüyü işlərdən ətraflı söz açıb.
O, son illərdə dünyada baş verən maliyyə böhranı və onun ölkəmizə mümkün təsirləri barədə danışaraq neftin kəskin ucuzlaşması və digər bu kimi subyektiv iqtisadi amillər dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyduğunu bildirib. Yaranmış vəziyyətə uyğun çevik siyasət həyata keçirməyin, strateji hədəfləri və taktiki addımları düzgün müəyyənləşdirməyin vacibliyini diqqətə çatdırıb.
YAP rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın yaranmış vəziyyətdən uğurla çıxacağına əminliyin arxasında respublikanın güclü iqtisadi potensialı dayanır. Son 12 ildə prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb.
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında dövlət orqanlarının daha operativ və çevik fəaliyyətinin təmin olunması məqsədilə struktur islahatlarına start verilib. Struktur islahatlarının aparılması izafi xərclərin qarşısının alınması ilə yanaşı, dövlət orqanlarının fəaliyyətinin çevikliyinin təmin olunmasında, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılmasında mühüm rol oynayacaq.
Əzizə Vahabova ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd əhalisinin fəaliyyətini daha da aktivləşdirmək, məktəblərdə əmək vərdişlərinin yaradılması, aşılanması məqsədilə şagirdlərdən ibarət işçi birliklərin yaradılması, insanların torpağa olan bağlılığının artırılması, ondan səmərəli istifadənin yaxşılaşdırılması istiqamətində yerlərdə maarifləndirmə, izahat və təbliğat işlərinin gücləndirilməsindən danışıb.
Tədbirdə partiya fəallarından Zaur Muradov, Hafiz Kərimov, Murad Həbibov, Anar Rəsulov, Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Gənclər Birliyinin sədr əvəzi Şəhla Qafarova və başqaları çıxış ediblər. Bildiriblər ki, ölkə Prezidentinin rəhbərliyi ilə müəyyən edilmiş yeni iqtisadi islahatlar kursu uğurlu nəticələr verəcək, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsinə yeni-yeni töhfələr bəxş edəcəkdir.
Ramid Qasımov
Partiya fəalları ilə dəyirmi masa

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş yeni iqtisadi islahatlarla əlaqədar qarşıda duran vəzifələrə dair YAP İsmayıllı rayon təşkilatının qərargahında partiya fəalları ilə dəyirmi masa təşkil olunub.

Şərh Yaz