Mübariz İbrahimovun doğum günü qeyd olunub

İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş vətən övladlarının ruhu qarşısında özünü həmişə borclu bilir. Bu borcu müxtəlif formalı, zəngin məzmunlu tədbirlərlə – anım və xatirə günləri, yürüşlər, ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetirirlər. Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbirdə bunlar tam dolğunluğu ilə əksini tapmışdı.
Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fevral ayının 6-da fəal gənclər mərkəzi meydana toplaşmışdılar. Buradakı monitorda qəhrəmanlıq, vətənpərvərlik aşılayan, hərbi mövzulu mahnılar, marşlar səsləndirilirdi. Şəhər 6 nömrəli tam orta məktəbin hərbi geyimli şagirdləri flaşmob nümayiş etdirərək “Mübariz” sözünü, səkkizguşəli ulduzumuzu canlı yaratdılar. Sonra Milli Qəhrəmanın şəninə şüarlar, hərbi mahnılar, marşlar səsləndirməklə gənclər Şəhidlər xiyabanına yürüş etdilər.
Rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, hərbi qulluqçu Aslan Şirəliyev Mübariz İbrahimovun qəhrəmanlığından danışdılar. Gənc şairə Şəhla Ramazanqızı vətənin ölməz oğullarına, qəhrəmana həsr olunmuş şeirini oxudu.
Yürüş iştirakçıları ziyarətdən Uşaq-gənclər kitabxanasına qayıtdılar. Burada Mübariz İbrahimova həsr edilmiş filmə və şəhər 1 nömrəli tam orta məktəbin hazırladığı ədəbi-bədii kompoizisiyaya baxdılar.
Əli İmamverdiyev,
İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tələbəsi
Mübariz İbrahimovun doğum günü qeyd olunub Mübariz İbrahimovun doğum günü qeyd olunub

Şərh Yaz