Bayrama çoxsaylı uğurlarla

Gənclərin fəallığının və uğurlarının təbliğinin nəticəsi olaraq İsmayıllı 2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilmişdi. Gənclər paytaxtı çərçivəsində bir sıra respublika tədbirləri üçün məkan İsmayıllı seçilib. ”Gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda Beynəlxalq Gənclər Forumu, “Etno-irs” layihəsi, gənc jurnalistlərin, gənc politoloqların, “İrəli” gənclər təşkilatının, gənclərlə bağlı bir sıra QHT-lərin layihələri burada reallaşıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə ixtisas təhsili olmayan gənclər üçün “Gənc təsərrüfatçılar məktəbi” təsis edilib, “İnnovasiya mərkəzi” yaradılıb. İdarəetməyə gənclərin daha çox cəlbinə diqqqət yetirilib. İsmayıllı gəncləri öz bayramlarını – Gənclər gününü qeyd etməyə bu və digər çoxsaylı uğurlarla gəlmişdilər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz