Rayonun gənclik həyatı

Rayonun gənclik həyatı İsmayıllı rayon Gənclər və İdman İdarəsi öz bayramına hansı uğurlarla gəlib sualı ilə bağlı qısa məlumat vermək istərdim.
Rayonda gənclərin sosial, siyasi, ideoloji məşğulluğun artırılmasına xüsusi diqqətlə yanaşılır, fəaliyyət imkanları üçün yollar genişlənib. Buna görədir ki, gənclərlə iş və idman sahələri üzrə 2015-ci ildə üstün nəticələr əldə edilib. Keçirilən tədbirlər həm kəmiyyət, həm də keyfiyyətcə artıb. Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə, Xocalı və 31 Mart soyqırımına həsr olunmuş inşa yazı və rəsm müsabiqələri, yeniyetmə və gənclərin fəallığı şəraitində təşkil edilib. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə Şəhidlər xiyabanına yürüş təşkil edilib.Rayonun gənclik həyatı Rayonun gənclik həyatı

İsmayıllı rayon Gənclər və İdman İdarəsi öz bayramına hansı uğurlarla gəlib sualı ilə bağlı qısa məlumat vermək istərdim.
Rayonda gənclərin sosial, siyasi, ideoloji məşğulluğun artırılmasına xüsusi diqqətlə yanaşılır, fəaliyyət imkanları üçün yollar genişlənib. Buna görədir ki, gənclərlə iş və idman sahələri üzrə 2015-ci ildə üstün nəticələr əldə edilib. Keçirilən tədbirlər həm kəmiyyət, həm də keyfiyyətcə artıb. Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə, Xocalı və 31 Mart soyqırımına həsr olunmuş inşa yazı və rəsm müsabiqələri, yeniyetmə və gənclərin fəallığı şəraitində təşkil edilib. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə Şəhidlər xiyabanına yürüş təşkil edilib.
“İsmayıllı Azərbaycanın Gənclər Paytaxtıdır!” devizi altında regional forum keçirilib və həmin forumda Gənclər Paytaxtının rəmzi açarının təqdimat mərasimi baş tutub. “Xocalıya Ədalət!” adlı flaşmob keçirilməsi insanların diqqətini daha çox cəlb edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsi, rayon məktəblilərinin spartakiadası, Yeni Azərbaycan Partiyası rayon təşkilatı gənclər birliyi ilə birgə gənclərlə görüşlər, rayon futbol federasiyası ilə birgə bələdiyyələr arasında futbol çempionatı keçirilib. “Xəmsə” milli intellektual oyununun rayon turunun keçirilməsi, rayon komandasının zona yarışlarında ikinci yerə çıxması, “Şahin” hərbi idman komandasının zonada I və respublikada III yerə layiq görülməsi, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının məşəlinin rayonumuzda gənc idmançılarımız tərəfindən qarşılanması və yola salınması gənclərimizin fəallığını, inkişaf yolunda olduğunu göstərir. Bu onun nəticəsidir ki, rayon İcra Hakimiyyətinin istiqamətverici rəhbərliyi ilə aid icraçı təşkilatlar rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin vətənpərvərlik tərbiyyəsinin və intellektual səviyyəsinin yüksəldilməsi ilə əlaqədar əsaslı tədbirlər həyata keçirilib. “Vətənin müdafiəsinə hazıram!” poliotlon çoxnövçülüyü üzrə Qəbələdə keçirilən Respublika yarışında komandamızın ikinci yer tutması da müvəffəqiyyətlərimizin müəyyən bəndidir.
İdmançılarımız rayon, zona, respublika və beynəlxalq miqyaslı tədbirdə iştirak ediblər. Onların əldə etdikləri nəticələr artıq adi hal kimi qəbul olunur. Г‡ünki idman ölkəsinə çevrilən Azərbaycanın qabaqcıl sıralarına sürətlə daxil olan İsmayıllıda idmanın inkişafına xüsusi diqqətlə yanaşılır, rayon İcra Hakimiyyətinin rəhbərliyi hər bir idmançının qələbəsini mükafatlandırır, respublika yarışlarının rayonda keçirilməsi üçün maksimum şərait yaradır.
Rayon İcra Hakimiyəti başçısının sərəncamı ilə 24 idman növü üzrə rayon federasiyası yaradılmış, fiziki şəxslərin öz razılığı ilə onlar federasiya sədri təyin ediliblər. Bu da başlanğıcından müsbət nəticələr verir. Federasiya sədrləri gənclərin sağlam həyatını təmin edən bu vacib məsələ ilə yaxından məşğul olurlar. Bölgələrdə ilkinliyi ilə seçilən bu tədbir idmanın inkişafına böyük təkan verir.
Gənclərimizin ən böyük nailiyyəti informasiya texnologiyaları ilə işləmək bacarığına yiyələnmək, fəallığa geniş miqyas verməklə onlayn səsverməsi yolu ilə İsmayıllının 2015-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsini təmin etməsi olub.
Bu həm də onun nəticəsi idi ki, rayon İcra Hakimiyyətinin rəhbərliyi gəncləri fəal həyat mövqeyinə gətirmiş, onlara məsul işlər etibar etmiş, məşğulluqlarının artırılması üçün düşünülmüş tədbirlər həyata keçirmişdir.
İnnovasiya Mərkəzinin yaradılması, “Gənc təsərrüfatçılar məktəbi”nin təsis edilməsi bu tədbirlərin ən dəyərlilərindəndir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzi, idmanın yerli federasiyaları və Olimpiya-İdman Kompleksi ilə əməkdaşlıq şəraitində olan fəaliyyətimiz başqa təşkilatlar və bütün inzibati ərazi dairələrini də əhatə edir. Rayon İcra hakimiyyətinin hərtərəfli dəstəyi imkan verir ki, yerli federasiyaların köməyi ilə futbol, həndbol, ağır atletika və digər idman növləri də inkişaf etsin.
Gənclərin ideoloji, siyasi, mənəvi, vətənpərvərlik tərbiyəsinin, onların intellektual səviyyəsinin yüksəldilməsi Gənclər və İdman İdarəsi ilə aid strukturların daha səmərəli, birgə fəaliyyət göstərməsini tələb edir.
Gənclər gününü qeyd etməklə biz bir daha ümummilli liderimiz Heydər Əliyevin gənclərin təşkilatlanması və hərtərəfli inkişafı üçün həyata keçirdiyi tədbirlərin yüksək səmərə verdiyinin şahidi oluruq.
İnamla qeyd edirik ki, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətinin nəticəsi olan sosial-iqtisadi həyatın bütün istiqamətlərində fəal iştirak edəcək, təhsildə, idmanda, hərbi vətənpərvərlik tərbiyəsində, müasir idarəetmədə, kənd təsərrüfatının inkişafında, rayonun gənclik həyatının yeniləşməsində öz sözümüzü deyəcəyik.
Şəhla Qafarova,
Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

Şərh Yaz