Vətən mövqeyi, vətəndaşlıq əqidəsi

Vətən mövqeyi, vətəndaşlıq əqidəsi
Vətən mövqeyi, vətəndaşlıq əqidəsi

20 yanvar 2016-cı il tarixdə, səhər saat 8-dən başlayaraq İsmayıllı şəhərinin mərkəzində ümumxalq hüzn gününə uyğun musiqi səsləndirilib. Yeni quraşdırılmış monitorda 20 Yanvar dəhşətlərini və faciəyə qarşı çıxan xalqımızın dəyanətini, vətənpərvərliyini əks etdirən filmlər yayımlanıb. Dövlət bayraqları endirilib. Qanlı yanvarın məhrumiyyətlərinə dözüb, sinə gərib ölkəsinin müstəqilliyinə nail olan Azərbaycanın dövlətə sədaqəti, vətənə məhəbbəti ilə seçilən İsmayıllı rayon sakinləri Heydər Əliyev prospekti boyu yürüşə qoşularaq Şəhidlər xiyabanını ziyarət ediblər. Məzarlar al qərənfillərə bələnib. Şəhidlərin ruhuna dualar oxunub. Məscidlərdə ümumxalq hüzn gününə uyğun mərasimlər keçirilib.
Minlərlə sakin – veteran, pensiyaçı, Qarabağ müharibəsi əlili, şəhid ailəsi, icra və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhər və yaxın kəndlərin sakinləri, yuxarı sinif şagirdləri saat 9-dan başlanan ziyarətdə iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə və ədliyyə orqanlarının əməkdaşları, ictimaiyyətin, Qarabağ müharibəsi veteranlarının nümayəndələri böyük bir qrup ziyarətçi ilə mədəniyyət mərkəzinə qayıdıblar.
Saat 12-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “20 Yanvar istiqlalımızın ilk şəhidlik zirvəsidir” mövzusunda çıxış dinlənilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin 20 Yanvar faciəsinin dəhşətlərinin, xüsusilə 19 yanvardan 20 yanvara keçən gecənin qanlı olaylarının əksi olan ədəbi-bədii kompozisiya nümayiş etdirib.
Əlil Sahibkarlar Təşkilatı ictimai birliyi və Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək ictimai birliyi, digər ictimai birliklər və QHT-lərin nümayəndələri ilə “Şəhidlər xiyabanı”nda ziyarətdə və mədəniyyət mərkəzindəki mərasimdə iştirak ediblər. “Ölümə qənşər” filmi nümayiş etdirilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər sərgilənib.
20 Yanvar faciəsinin 26-cı ildönümü tədbirləri insanları vətən mövqeyində – vətəndaşlıq, məslək, əqidə və torpaq uğrunda mübarizədə bir daha möhkəmləndirib.
Səhifəni hazırladı: Valeh Salehov,
Dövlət qulluğu veteranı

Vətən mövqeyi, vətəndaşlıq əqidəsi Vətən mövqeyi, vətəndaşlıq əqidəsi Vətən mövqeyi, vətəndaşlıq əqidəsi

Şərh Yaz