İnkişaf da var, problem də

İnkişaf da var, problem də
İnkişaf da var, problem də

Yanvar ayının 18-də İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Qurbanəfəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsi dinlənilib.
Hesabat yığıncağında YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova və 100 nəfərdən artıq kənd sakini iştirak edib.
2015-ci ildə İƏD üzrə görülən işlərin hesabatını verən nümayəndə Cavad Qarayev həm də qarşıda duran vəzifələrdən söz açıb. O bildirib ki, Qurbanəfəndi kəndi 361 təsərrüfatdan ibarətdir. Kənd sakinlərinin sayı 1131 nəfərə çatıb. Evlərin sayı isə 207-dir. Əhalinin məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Təsərrüfatlarda bəslənən iri buynuzlu heyvanların sayı 1747, xırda buynuzlu heyvanların sayı 7675, ev quşlarının sayı isə 10106 başa çatıb. Bu rəqəmlərin hər birində son ildə nəzərə çarpan dərəcədə artım olub. Rəqəmlərdən göründüyü kimi, kənd sakinləri maddi rifahlarının yüksəlməsi üçün birmənalı şəkildə faydalı əməklə məşğuldurlar. Onlar şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsulları bazarlara çıxararaq ərzaq bolluğu yaratmaqda, güzaranlarını yaxşılaşdırmaqda fəallıq göstərirlər.
Sosial yönümlü məsələlərə gəldikdə İƏD-in nümayəndəsi C.Qarayev heyvandarlığın inkişaf etdirilməsindəki çətinlikləri, örüşlərin olmamasını diqqətə çatdırıb. Hesabatda yetişməkdə olan gənclərin kəndi tərk etməsi harahatlıq doğuran hal kimi qeyd olunub. Buna səbəb isə bələdiyyədə perspektiv inkişaf torpaqlarının olmamasıdır. Ev tikmək arzusunda olan gənclər bu səbəbdən problemlərlə üzləşirlər.
İl ərzində nümayəndəlikdə 6 nikah bağlanıb. 11 doğum və 7 ölüm halı qeydə alınıb.
Ərazidə orta məktəb, klub, 2 kitabxana, ATS və poçt şöbəsi əhalinin istifadəsindədir. Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması qanunamüvafiq aparılıb. İl ərzində İƏD-ə daxil olan 42 şifahi, 5 yazılı müraciət həllini tapıb.
Məruzə ətrafında çıxışlarda görülən işlər qənaətbəxş hesab olunub və çatışmazlıqların aradan qaldırılacağına ümidvarlıq ifadə olunub.
Sonda İƏD-in nümayəndəsi C.Qarayev cari ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyini vurğulayıb.
Ş.Soltanov

Şərh Yaz