Şəhidlər yad edilib

Şəhidlər yad edilib
Şəhidlər yad edilib

Yanvar ayının 18-də İsmayıllı Rayon Telekommunikasiya qovşağında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş mərasim keçirilib. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verib. Bildirib ki, 26 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdləri geniş miqyas almışdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilmişdi.
Azərpoçt MMC-nin İsmayıllı poçt filialının müdiri Söhbət Pənahov, İsmayıllı Telekommunikasiya qovşağının rəisi Elxan Əliyev və digərləri çıxış ediblər. Г‡ıxışlarda vurğulanıb ki, 1990-cı ilin Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda Ulu öndərin heç nədən çəkinməyərək Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gəlmiş, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmış, çətin, gərəkli anda öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirmişdir. Azərbaycan xalqı tarix boyu 20 Yanvar qurbanlarının xatirəsini əziz tutacaqdır.
Г‡ıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq kompleks tədbirlər həyata keçirməsi, onlara gündəlik, lazımi diqqət və qayğının göstərilməsi də qeyd olunub.
Elnarə Qasımova

Şərh Yaz