Şəhidlər xatırlanır, xainlər lənətlənir

Şəhidlər xatırlanır, xainlər lənətlənir
Şəhidlər xatırlanır, xainlər lənətlənir

19 yanvar 2016-cı il tarixdə Basqal qəsəbə tam orta məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kompozisiya belə adlandırılıb. Tədbiri qanlı və şanlı tariximizi əks etdirən qısa məruzə ilə məktəbin tədris işləri üzrə direktor müavini Yeganə Ağayeva açıb. Şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəblilər şəhidlərimizin xatirəsini şairlərimizin vətən, torpağı, qəhrəmanlığı tərənnüm edən şeirləri ilə yad ediblər. “Qanlı yanvar” filmindən fraqmentlər izlənilib. Məktəbin pedaqoji kollektivi, İsmayıllı RİH başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəsi N.Əsədov, müavini İ.Ağayev məktəblilərlə birgə şəhid Rəmzi Novruzovun, hərbi xidmət müddətində vəfat etmiş Elmanın və İbrahimin məzarlarını ziyarət ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Kamran Məlikzadə

Şərh Yaz