İsmayıllı –“ multikultural məkan

İsmayıllı –“ multikultural məkan
İsmayıllı –“ multikultural məkan

Qədim Yunan filosofu Pulutarx qeyd etmişdir ki, Tanrısız insan cəmiyyəti mövcud deyildir. İnsanlar ta qədimdən fövqəltəbii qüvvələrə pərəstiş etmiş, müxtəlif etiqadlara iman gətirmiş, ondan ruhi təskinlik, mənəvi qida almışlar.
Din həm mədəniyyət, həm həyat tərzi, həm də ideologiyadır. Universallıq, ümumbəşərililik onun təbiətindədir. Din daim insanlıq üçün ümid mənbəyi olmaqla fərqli inanc sistemlərindən ibarət müxtəlif dünyagörüşlərin toplusudur.İsmayıllı –“ multikultural məkan

Qədim Yunan filosofu Pulutarx qeyd etmişdir ki, Tanrısız insan cəmiyyəti mövcud deyildir. İnsanlar ta qədimdən fövqəltəbii qüvvələrə pərəstiş etmiş, müxtəlif etiqadlara iman gətirmiş, ondan ruhi təskinlik, mənəvi qida almışlar.
Din həm mədəniyyət, həm həyat tərzi, həm də ideologiyadır. Universallıq, ümumbəşərililik onun təbiətindədir. Din daim insanlıq üçün ümid mənbəyi olmaqla fərqli inanc sistemlərindən ibarət müxtəlif dünyagörüşlərin toplusudur.
Bu gün dinlər və məzhəblər arasında əlaqə və yaxınlaşma çox böyük zərurət daşıyır. Tolerantlıq, bərabərlik, qarşılıqlı hörmət, dözümlülük multikultural davranış bir çox ölkələrdə, xüsusilə müstəqil Azərbaycan Respublikasında normal həyat tərzinə çevrilmişdir. Xalqımız üçün din ilk növbədə inac yeri, mədəniyyətlərin ayrılmaz hissəsidir. Bu həqiqəti ulu öndər Heydər Əliyev çox dəqiq ifadə etmişdir: “Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ya ayrılmaz bir hissəsi kimi qəbul edirik. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”.
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan indiyədək sivilizasiyalar arasında birləşdirici rol oynamış, böyük tarixi yol keçmişdir. Müstəqil Azərbaycan Respublikası islam mədəniyyətinə məxsus ölkə olsa da, digər mədəniyyətlərə və dinlərə aid ölkələrlə geniş münasibətlər qurmuşdur. Azərbaycan müxtəlif dini konfessiyaların azad, sərbəst fəaliyyət göstərdiyi ölkələrdəndir. Dini və milli tolerantlıq Azərbaycan xalqı üçün xarakterikdir. Hazırda paytaxt Bakıda və bölgələrdə islam, xiristian, iudist və digər dini icmalar bir-birinə qarşılıqlı hörmət, dözümlülük əsasında fəaliyyət göstərir.
Ölkəmizdə tolerantlıq mühitinin qorunması, dini radikalizmin, ayrı-seçkiliyin qarşısının alınması, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində əsaslı işlər görülür. Bütün regionlarda dini sahə ilə bağlı, tolerant və multikultural əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. İctimayyətlə, dindarlarla görüşlər, seminarlar təşkil olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim ölkədə tolerantlığı, multikulturalizmi dəstəkləmiş, Respublikamızda müxtəlif xalqların dost və qardaş kimi bərabər şəkildə yaşamasını təmin edir. Təsadüfi deyil ki, ölkə rəhbəri 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir. Cənab Prezident çıxışlarının birində belə deyir: “Biz qəti inanırıq ki, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu inkişaf etdirmək vacibdir. Yalnız dialoq və xoş məram vasitəsilə biz inamsızlıq və qarşıdurmanı ləğv edəcək, ümumi təhlükələrə və çətinliklərə qarşı birləşib, bir qüvvə kimi çıxış edə biləcəyik”.
İsmayıllı Respublikamızda tolerantlığın, mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin, dini dözümlülüyün, multikulturalizmin bərqərar olduğu bir məkandır. Burada müxtəlif xalqların –“ azərbaycanlıların, ləzgilərin, hapıtların, lahıcların, rusların, tatarların, kürdlərin və digər xalqların nümayəndələri bir-birinə qarşılıqlı hörmət, inam və etibar, öz milli adət və ənənələrini qoruyub saxlamaqla birgə yaşayırlar.
Müasir dünyamızda millətçiliyin, dini radikal fanatizmin, separatçılığın hökm sürdüyü bir vaxtda rayonda yaşayan müxtəlif millətlərin nümayəndələri dost və qardaş kimi yaşayır, bir-birinin milli və etnik adətlərinə hörmət edir, yanaşmada humanizm, tolerantlıq pirinsiplərini əsas götürürlər. Zaman keçdikcə onlar qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Toy, yas mərasimlərində, milli və dini bayramlarda birgə iştirak təmin olunmuşdur. Münasibətlərdə, fərdi yanaşmada heç vaxt milli ayrıseçkiliyə, dini və etnik fərqliliyə yol verilmir.
Bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, vaxtı ilə öz ata-baba torpaqlarından sürgün edilmiş malakanlar 100 ildən çoxdur ki, İsmayıllıda yaşayırlar. Г‡ətin vaxtlarda yerli əhali onlara qucaq açmış, malakanlar İsmayıllıda məskunlaşmış, kənd salmış, təsərrüfat qurmuş, ev-eşik, ailə sahibi olmuşlar, inkişaf edib Respublikada tanınan qabaqcıl təsərrüfat qurmuşlar. Bu gün də onlar məskunlaşdıqları ərazidə rahat, təhlükəsiz, arxayın şəkildə yaşayırlar. Onların fərqli adət-ənənələrinə hörmətlə yanaşılır, dini, milli mənsubiyyətlərinə görə heç vaxt ayrı-seçkilik edilmir. Hazırda İvanovkada malakanlarla yanaşı azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri də qarşılıqlı hörmət əsasında birgə yaşayırlar.
Milli –“ dini dözümlülük, ayrıseçkiliyə yol verilməməsi İsmayıllıda daima mövcud olmuş, bu gün də davam etdirilir. Multikultural adət-ənənələrə qarşılıqlı hörmət hissi bu regionda daima qorunmuşdur. Bir vaxtlar rayonun Ruşan, Vəng, Soltankənd, Qoşakənd, Tubukənd, Uştal, Qalagah və s. kəndlərində yaşayan mənfur ermənilərə də eyni mövqeydən yanaşılırdı. Hətta məlum hadisələr dövründə onlar heç bir zərər görmədən buradan köçüb getdilər.
Müxtəlif xalqların adət-ənənlərinə, milli və etnik dəyərlərə bu torpaqda həmişə hörmət hissi olmuşdur. Rayonda multikultural mədəniyyətlərin birliyi, həm də fərqliliyi gözlənilir, hörmət və qarşılıqlı münasibətlər əsasında inkişaf etdirilir. İsmayıllıda milli azlıqlara, etnik quruplara daha çox diqqət yetirilir, hörmət edilir, adət-ənənələri qorunur, problemləri vaxtında həll olunur. Rayon rəhbərliyi milli azlıqlara çox həssas münasibət bəsləyir.
Tarixin o üzündən boylanan qədim Lahıc və orada yaşayan yerli əhali öz qədim adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, bu gün dünya elminə, mədəniyyətinə, sənətkarlığına böyük töhfələr verir. Burada qədimiliklə müasirlik qovuşur. Adət-ənənlərin fərdi xarakteri, sənətkarlığın müxtəlif növləri qorunub saxlanılır, multikultural yönümü inkişaf etdirilir. Təsadüfi deyil ki, keçən il “Lahıc misgərlik sənəti“ UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Fikirlərimi ölkə prezidenti cənab İlham Əliyevin aşağıdakı sözləri ilə bitirmək istiyirəm: “ Hər bir vətəndaş eyni hüquqlara malikdir….. Elə etməliyik ki, ölkəmizdə yaşayan bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq özlərini tam hüquqlu vətəndaşlar kimi hiss etsinlər”.
Murad Məhərrəmov,
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı.

Şərh Yaz