İstedadla nümayiş etdirilən nifrət

İstedadla nümayiş etdirilən nifrət
dadla nümayiş etdirilən nifrət

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidlərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, metodiki kabinetin rəhbəri Hümbət Əsədov, şöbənin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu iştirak edib.
Tədbir iştirakçılarına faciə haqqında, onu törədənlər barəsində geniş məlumat verilib. Sonra onlar faciəyə həsr olunmuş filmə və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. Tədbirdə səslənən, 20 Yanvar faciəsindən sonra yazılan və dillər əzbərinə çevrilən şeirlər iştirakçılara gözyaşardıcı anlar yaşadıb. Şagirdlər düşmənə olan nifrətlərini istedadları ilə nümayiş etdiriblər.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Elçin Məmmədov xalqımızın başına gətirilmiş bu faciənin səbəbinin araşdırılması, səbəbkarlarının tanıdılması və gələcək nəsillərə xalqın azadlıq mübariz övladları haqqında məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.
Sevinc Mirzəyeva,
məktəbin müəllimi

Şərh Yaz