İsmayıllı şəhər inzibati ərazi dairəsi son ildə

İsmayıllı şəhər inzibati ərazi dairəsi son ildə
İsmayıllı şəhər inzibati ərazi dairəsi son ildə

İsmayıllı şəhərinin ərazisi 4424 hektar, təsərrüfatları 8110, evlərin sayı 6780, əhalisi 25.400 nəfərdir. Sakinlərin 50,14 faizi kişilər, 49,86 faizi isə qadınlardır. Əhalinin illik artımı təxminən bir faiz olub.
2015-ci ildə 815 doğum, 164 ölüm, 87 nikah pozulması, 91 atalığın müəyyən edilməsi qeydə alınıb.
Şəhər İcra nümayəndəliyinin 2015-ci il üçün büdcəsi 932 min manat olub, bundan 842 min manatı xərclənmiş, 89 min 519 manatı qənaət edilmişdir.İsmayıllı şəhər inzibati ərazi dairəsi son ildə

İsmayıllı şəhərinin ərazisi 4424 hektar, təsərrüfatları 8110, evlərin sayı 6780, əhalisi 25.400 nəfərdir. Sakinlərin 50,14 faizi kişilər, 49,86 faizi isə qadınlardır. Əhalinin illik artımı təxminən bir faiz olub.
2015-ci ildə 815 doğum, 164 ölüm, 87 nikah pozulması, 91 atalığın müəyyən edilməsi qeydə alınıb.
Şəhər İcra nümayəndəliyinin 2015-ci il üçün büdcəsi 932 min manat olub, bundan 842 min manatı xərclənmiş, 89 min 519 manatı qənaət edilmişdir.
Aparatın saxlanmasına 41.474 manat, uşaq bağçası-körpələr evlərinə 203 min 885 manat, Mənzil İstismar Sahəsinə (MİS) 114 min 424 manat, Kommunal Müəssisələri Kombinatına (KMK) 385 min 926 manat, küçə işıqlandırılmasına 33 min 360 manat, smart tipli sayğacların alınmasına 4592 manat, işıq dirəklərinin quraşdırılmasına 5000 manat, işıq təsərrüfatının saxlanmasına 34 min 785 manat xərclənmişdir.
İl ərzində nümayəndəliyə 204 sənəd daxil olmuş, 267 sənəd idarə, müəssisə və təşkilatlara göndərilmişdir. 20 nəfər ərizə ilə müraciət etmiş, şifahi müraciətlərin sayı isə 352 olmuşdur. Ərizə və şikayətlərə nümayəndəliyin imkanları daxilində baxılmışdır. Vətəndaşlara 11 min 221 arayış verilmişdir.
İsmayıllı şəhər inzibati ərazi dairəsi son ildə
Nümayəndəlik işində “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin Dövlət Qulluğu haqqında qanunları və dövlətin aid hüquqi aktlarını rəhbər tutmuş, işləri təlimatın tələblərinə uyğun aparılmışdır.
Məktəbəqədər təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi sahəsində əsaslı işlər görülməkdədir. Şəhərdə 3 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir, 11 qrupda 200 uşaq tərbiyə alır. İl ərzində bağçalar üzrə 203 min 885 manat vəsait xərclənmişdir.
2015-ci ildə KMK əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətini yaxşılaşdırmış, şəhərin təmiz
saxlanması, yaşıllıqların qorunması təmin edilmişdir. Kombinat tərəfindən şəhər ərazisində hər gün 334.510 kvadratmetr ərazi süpürülmüş, 26 hektar yaşıllıq sahəsinə qulluq edilmiş, 4509 ədəd işıq nöqtələrinin yanmasına nəzarət olunmuş, 16350 kub metr bərk tullantılar poliqona daşınaraq zərərsizləşdirilmişdir. Fəvvarələr əhalinin istirahətinə xidmət etmişdir.
Hazırda şəhər ərazisində 550 ədəd zibil qutusu var. Əvvəllər mövcud olan zibilliklər ləğv edilmişdir.
Son illərdə şəhərin ərazisində yolların kənarlarında yeni yaşıllıq zolaqları salınmış, minlərlə ağac və gül kolları əkilmişdir. Lakin bu yaşıllıqları qoruyub saxlamaq üçün xeyli çətinliklərlə üzləşirik.
Bəzi mal-qara sahibləri mal-qaralarını və ev quşlarını şəhərin ərazisinə səllimi, nəzarətsiz buraxırlar. Mal-qara sahiblərinə rəsmi bildirişlər verilməsinə, onlarla söhbətlər aparılmasına baxmayaraq, şəhərdə yenə də nəzarətsiz mal-qaraya rast gəlirik. Mal-qara sahiblərindən bir daha mal-qaralarını və ev quşlarını qapalı şəraitdə saxlamaq xahiş olunur.
“Gələcək öz əlimizdədir” devizi altında “Təmiz şəhər və abad məhəllə” layihəsinin həyata keçirilməsinin şəhərin təmiz saxlanmasına xeyli müsbət təsiri olmuşdur.
İsmayıllı şəhər inzibati ərazi dairəsi son ildə
KMK tərəfindən şəhərin 30-cu kvartalından keçən kanaldan 350 metr su xətti çəkilmiş, qala divarının qarşısındakı yaşıllıq və ağaclar suvarılmışdır. Ağaclar budanmış və gövdəsi ağardılmış, qazonlar davamlı olaraq biçilmişdir. Şəhərdə təmizliyin tələb olunan səviyyəyə çatdırılması üçün görüləsi işlərimiz çoxdur.
2016-cı ildə KMK tərəfindən əhalidən zibil pullarının toplanmasına ciddi yanaşılmalı, bu sahədə əvvəlki illərdə yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır.
MİS əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin keyfiyyətcə yaxşılaşdırılması üçün imkanları daxilində çalışmışdır. 977 mənzilə kommunal xidmət göstərmiş, bunlardan 847-si iki və daha çox mərtəbədən ibarət olan 45 yaşayış evində yerləşir. Əhaliyə 6657 manat mənzil kommunal xidmət göstərmişdir.
Г‡oxmərtəbəli binaların əsaslı və cari təmiri davam etdirilmişdir. Heydər Əliyev prospektində 107 saylı, Cavanşir küçəsi 15 ünvanda yerləşən 3 mərtəbəli, 16 mənzilli yaşayış evinin dam örtüyü təzələnmişdir.
2015-ci il İsmayıllı şəhəri üçün uğurlu il olub. Şəhərin inkişafı, infrastruktur layihələrin yerinə yetirilməsi, ümumilikdə, şəhərdəki problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, geniş miqyaslı abadlıq, quruculuq işləri görülmüşdür.
Yaşayış evləri, inzibati binalar tikilmiş, yollar salınmış və əsaslı təmir olunmuşdur. Hazırda şəhərin Heydər Əliyev prospektində vaxtilə sahibkarlar tərəfindən primitiv şəkildə inşa olunan mağazaların əvəzinə küçənin digər hissəsində daha müasir binaların tikintisi başa çatmaq üzrədir. Görülən işlər prospektə, şəhərin tələblərinə müasir görkəm verir.
Şəhərin sosial-iqtisadi həyatında mühüm rol oynayacaq bir sıra layihələrin icrası davam etdirilmişdir.
İsmayıllı şəhərində “Yaşıl bazar”ın, Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının, Babək küçəsində “Muğanbank”ın İsmayıllı rayon filialının tikintisi, Nizami küçəsində İşıq İdarəsinin inzibati binasının tikintisi başa çatmaq üzrədir.
M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Şəhərin Təbriz küçəsində 5 qrupluq uşaq bağçasının yenidən qurulması davam etdirilir. 3 nömrəli məktəb-liseyinin yenidən qurulması başa çatmışdır. Uşaq xəstəxanası təmir edildikdən sonra kollecin bir neçə qrupu həmin binaya köçürülmüşdür.
Şəhərin Məhsəti, Şirvani, Natavan, A.Şaiq, Koroğlu, A.Səlimzadə, R.Hacıyev, Z.Bünyadov, R.Mahmudov, Ə.Vahid, R.Bəşirov, R.Hacıyev küçələrinə, M.Orucov küçəsinin 7, 8, 9 saylı dalanlarına, ümumilikdə, 15 küçəyə asfalt örtük vurulmuşdur.
Şəhərin M.F.Axundov küçəsi 9, 34, 36, Cavanşir küçəsi 21”a”, 21”b”, H.Əliyev prospekti 113 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılmışdır.
Bir çox yaşayış binalarının həyətlərinə və küçələrə çınqıl döşənmişdir. Abadlaşmaya ehtiyacı olan digər küçələrə də çınqıl döşənməsi davam etdirilir.
Fərdi yaşayış evlərinin tikintisi də artmışdır.
“Vüsal –“A” şirkəti tərəfindən şəhər ərazisində xeyli abadlıq işləri görülmüşdür. A.Səlimzadə, Xəqani, “Dostluq” küçələrində yeni işıq dirəkləri basdırılmış, səkilər çəkilmişdir. M.F.Axundov küçəsindəki 15, 17 saylı binaların fasadı təmir olunmuşdur.
Cənab İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili“ elan etmişdir. Şəhər ərazisində 1674 hektar əkinə yararlı torpaq sahəsi vardır. Bu torpaqların 1524 hektarında payızlıq səpin aparılmış, 5938 ton məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1242 ton çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalına maddi marağın artırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına 900 nəfərə 55 min 087 manat yardım verilmişdir.
2015 ildə 1833 ton kartof, 1512 ton tərəvəz, 1966 ton meyvə, 97 ton üzüm istehsal olunmuşdur.
2016-cı ilin 1 yanvar tarixinə mal-qara uçotu aparılmış, şəhərdə 3715 baş iribuynuzlu, 2636 baş qoyun-keçi, 102 arı ailəsi qeydə alınmışdır.
Ərazidə 219 ailədə, 812 nəfər məcburi köçkün yaşayır.
Hazırda şəhərdə 5 nəfər BVM iştirakçısı və əlili, 108 nəfər Qarabağ Müharibəsi əlili, 132-dən çox Qarabağ müharibəsi iştirakçısı, 40 şəhid ailəsi, 11 Г‡ernobıl əlili vardır. Bu ailələrə həmişə diqqətlə yanaşırıq.
Şəhər üzrə pensiyaçıların sayı 3961 nəfərdir. Bunlardan 2096 nəfər yaşa, 1477 nəfəri əlilliyə, 388 nəfər isə ailə başçısını itirməyə görə pensiya alır.
2015-ci ildə 402 ailə sosial yardım almış, sosial müavinət alanların sayı isə 1240 nəfər olmuşdur.
Poçt filialı əhaliyə poçt, bank, maliyyə və digər xidmətlər göstərmişdir. İl ərzində poçt şöbəsi vasitəsi ilə 805 min manat təbii, 1 milyon 100 min manat elektrik enerjisinə, 22 min manat suya görə, 100 min manat Daxili İşlər Nazirliyinin rüsumları, 91,3 min manat Vergilər Nazirliyinin ödənişləri, 100 min manat Dövlət Sosial Müdafiə Fondunun ödənişləri və sair üzrə xidmətlər göstərilmişdir.
Ötən ilin hesabatında infrastruktur sahəsində səslənən çatışmazlıqların xeyli hissəsi aradan qaldırılmışdır. Su-Kanal İdarəsi 4138 əhali abonentinə, 186 büdcə və kommersiya abonentlərinə xidmət edir. Şəhərin Heydər Əliyev prospektində, Babək, Ü.Hacıbəyov, N.Səmədov, Fizuli, M.Orucov, M.F.Axundov küçələrində su xətlərinin xeyli hissəsi yenilənmişdir.
Heydər Əliyev prospektindəki 104, 105, H.Zərdabi, Nizami və Ə.Mahmudov küçəsindəki binaların kanalizasiya sisteminin bir hissəsi yenilənmişdir. Əhalini fasiləsiz içməli su ilə təminatı üçün 5885 ədəd yeni mexaniki sayğac quraşdırılmış, sayğaclaşdırma işləri başa çatdırılmışdır.
İsmayıllı Elektrik Şəbəkəsi 4 ədəd 250 kva. 3 ədəd 400 kva, bir ədəd 630 kva və bir ədəd 160 kva gücündə yeni transformator quraşdırılmış və 10 kv. 320 ədəd, 0,4 kv-luq 4250 ədəd dayaq dəyişdirilmişdir.
Şəhərdə xüsusilə narahatlıq yaradan sahələrdən biri də ticarətin təşkilidir. Mağazaların qarşısına mal yığılması adi hala çevrilmişdir.
Polis şöbəsi, Gigiyena Epidemiologiya Mərkəzi (GEM) və İsmayıllı bələdiyyəsi ilə birlikdə küçə ticarətinə qarşı keçirilmiş reydlər zamanı 60 nəfər barəsində protokol tərtib olunmuşdur. Yeyinti məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı sanitariya norma və qaydalarının pozulmasına görə 14 şəxs barəsində cərimə tətbiq olunmuşdur. Hələ də ərzaq məhsullarının düzgün satışına və saxlanılma qaydasına lazımınca diqqət verilmir. Belə halların qarşısının alınması üçün görülən tədbirlərə baxmayaraq nöqsanlar qalmaqdadır. Əhaliyə vaxtı keçmiş məhsulların satılmasının qarşısı qətiyyətlə alınmalı, süni qiymət artırılması hallarına yol verilməməlidir. Bu barədə mübarizəni gücləndirməliyik.
1980-ci illərdə tikintisi yarımçıq qalmış, şəhərin görkəminə ciddi xələl gətirən və artıq xarabalığa çevrilən obyektlərin sökülüb götürülməsinin vaxtı çatmışdır.
Cari ildə şəhərdə əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. “İsmayıllı Avtonəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin dövriyyəsi 5 faiz artmış, 2 min manat əlavə gəlir əldə olunmuşdur.
2015-ci ildə İsmayıllı şəhərində təhsil sahəsində müəyyən işlər görülmüş, təhsil müəssisələrində əsaslı və cari təmir işləri aparılmış, yeni istilik sistemləri qurulmuş, lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Şəhər 3 nömrəli məktəb liseyin binası əsaslı şəkildə təmir olunmuş, müasir mebel və avadanlıqlarla təchiz edilmişdir.
Hesabat ilində şəhər məktəblərinin 150 nəfər məzunu ali məktəbə daxil olmuş, onlardan 23 nəfəri 600-dən yuxarı bal toplamışdır. Rayon İcra Hakimiyyəti tərəfindən abituriyentlərin avtobuslarla, ödənişsiz qəbul imtahanına getməsi təmin edilmişdir.
Ali məktəblərə qəbulla əlaqədar tədbir keçirilmiş, imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlara qiymətli hədiyyələr verilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təlim sahəsində qazandığı yüksək nəticələrə görə şəhər 3 nömrəli məktəb liseyin ingilis dili müəllimi Humay Əhmədova Əməkdar müəllim adına layiq görülmüşdür.
2015-ci ildə mərkəzi xəstəxanada xidmət səviyyəsi yüksəlmiş, yoluxucu xəstəliklərin sayı azalmış, səhiyyə xidmətinin göstəriciləri müsbətə doğru dəyişmişdir.
GEM şəhər ərazisində sanitariya vəziyyətini yaxşılaşdırılması və yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirmişdir. Obyektlərdə aşkar olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər görməklə izahat işləri aparılmışdır. Şəhərin ərazisində zibillərin davamlı daşınmasına, ictimai-iaşə obyektlərində, ticarət təşkilatlarında qanunun tələblərinə riayət olunmasına nəzarət gücləndirilmişdir.
2015-ci ildə şəhər üzrə 109 nəfər hərbi xidmətə yola salınmış, 98 nəfər isə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nümayəndəlik gənclərin hərbi xidmətə təntənəli yola salınmasında iştirak etmişdir.
Şəhərdə ”Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanunununun pozulması hallarına yol verilməmişdir.
İl ərzində ictimai-siyasi tədbirlər, dövlət və dini bayramlar, ideya-siyasi tərbiyəyə xidmət edən görüşlər keçirilmişdir. Bu tədbirlərin təşkilində şəhər nümayəndəliyi də iştirak etmişdir.
Milli Məclisə keçirilən seçkilərlə əlaqədar nümayəndəlik qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmişdir, qanun pozuntusuna yol verilməmişdir.
Şəhərdə ictimai asayişin qorunması üçün işimizi hüquq mühafizə orqanları və bələdiyyə ilə birgə qurmuşuq.
Ötən il ərzində Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidməti inspektorları tərəfindən xeyli sürücü saxlanmış və barələrində inzibati qaydada tədbir görülmüşdür. Görülən tədbirlərə baxmayaraq şəhər ərazisində yenə də nəqliyyat hadisələri baş verməkdədir.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlıq, sərxoş vəziyyətdə avtomaşını idarə etmək hallarına qarşı daha kəskin tədbirlər görməli, sürücülük hüququ olmadan avtomaşını idarə etmək və digər qanun pozuntularına qarşı nəzarəti artırmalıdırlar.
Şəhər nümayəndəliyi 2015-ci ildə İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun diqqəti sayəsində yeni bina ilə təmin olunmuşdur.
Görülən işlər – rifahımızın yaxşılaşdırılması, şəhərimizin sosial-iqtisadi inkişafının sürətlənməsi, bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tükənməz qayğısının və onun yerdəki nümayəndəsi Mirdaməd Sadıqovun tələbkarlığının nəticəsidir.
Ölkə və rayon rəhbərliyini əmin edirik ki, 2016-cı ildə də daha əzmlə çalışaraq, qarşıda duran vəzifələri yerinə yetirəcəyik.
Məhərrəm Əhmədov,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi

Şərh Yaz