Uşaqlara mənəvi dəstək

28 dekabr 2015-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Mədəniyyət sarayında tədbir keçirildi.
Uşaqlara mənəvi dəstək
İsmayıllı Rayon İcra Hakimiyyəti, Ailə və Uşaqlara Dəstək Mərkəzi, ƏSMM və DSMF rayon şöbələrinin təşkilatçılığı ilə 60 nəfərə qədər fiziki imkanları məhdud uşaq valideyinləri ilə birgə tədbirdə iştirak edib. 1 nömrəli uşaq bağçasının körpələri səhnələşdirdikləri “Meyvələrin söhbəti” nağılı, ifa etdikləri mahnı və rəqslərlə tədbiri şənləndiriblər. Uşaq İncəsənət Məktəbinin şagirdləri rəngarəng çıxışları ilə bayram tədbirinə bədii zənginlik qatıblar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bayram iştirakçılarını təbrik edib, bildirib ki, fiziki imkanları məhdud olanlar həmişə dövlətimizin və Prezidentimizin qayğısı ilə əhatə olunub.
Şaxta babadan hədiyyə almaq arzusu ilə, sevinərək tədbirə gələn uşaqların hamısına RİH-nin hədiyyələri verilib. Bu tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayramlar ərəfəsində mənəvi dəstək olub.
Gülnar Mikayılova,
İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz