Hesabat yığıncaqları keçirilir

İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müəyyən işlər görülmüş, müxtəlif tədbirlər həyata keçirilmişdir.
Hesabat yığıncaqları keçirilir
Görülən işlər hər rübün yekunlarında müzakirə edilmiş, inkişaf istiqamətləri müəyyənləşdirilmiş və mətbuat vasitəsilə ictimaiyyətə təqdim edilmişdir. 2015-ci il başa çatdığı üçün görülən işlər barədə ictimaiyyətə daha geniş məlumat vermək və 2016-cı ildə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 7 yanvar 2016-cı il tarixdən hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.
Hesabat yığıncaqları keçirilir
Rayon İcra Hakimiyyəti başçısının 5 yanvar 2016-cı il tarixli, 02 saylı Sərəncamı ilə təstiq edilmiş rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi qrafikinə uyğun olaraq Aşıqbayramlı, Cülyan, Müdri, Basqal, Ruşan və Mollaisaqlı kənd icra nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında əhalini narahat edən problemlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi qrafikə uyğun olaraq davam etdirilir.
Ehtiram Manafov

Şərh Yaz