Nümunə olan şagirdlərimiz

Yüksəlişə gedən yollar əksər halda təhsildən keçir, bilik və bacarıqların öyrədilməsi təhsil müəsissələrindən başlayır.
Təhsil insan kapitalı deməkdir. Vətən üçün savadlı, mədəni, bacarıqlı şagirdlər yetişdirmək hər bir müəllimin borcudur. Г‡ünki belə şagirdlərdən sağlam vətəndaş cəmiyyəti yaranır. İntellektual gənclərin yetişdirilməsi, onların həyata hazırlanması vacib şərtlərdəndir. Təhsil sisteminin həyata keçirdiyi işlər həm məktəbdaxili, həm də məktəbdənkənar proseslərin nəticəsidir.
Nümunə olan şagirdlərimiz
Məktəbin şagirdləri bu inkişaf proseslərindən geri qalmır. İstedadlı şagirdlərimiz özlərini müxtəlif yarış və müsabiqələrdə tanıdırlar. Özünü üzə çıxara bilən fəal şagirdlərlə həmişə fəxr edirik. Bu il də dəsr ilinə yeni qələbələrlə, uğurlarla başlamışıq.
Noyabr ayında “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışmasının rayon turunda məktəbimizin komandası I, zona turunda isə 15 rayonun komandaları arasında II yeri qazanıb.
Elektron təhsil müsabiqəsinin qalibləri olan VIII sinif şagirdi Mələkxanım Abbasova, IX sinif şagirdləri Behbud Məmmədov, Babək Manafov, VI sinif şagirdi Nuranə Nuri bizi daha çox sevindiriblər.
M.Abbasova çəkdiyi rəsmlərlə həmişə rayon və respublika sərgilərində fərqlənmiş, buna görə də Təhsil Nazirliyi tərəfindən Diploma layiq görülmüşdür.
“Bebras”(informatika üzrə beynəlxalq Qunduz müsabiqəsi) bilik müsabiqəsində bir qrup şagirdimiz- İlham Dadaşzadə (VI sinif), Arzu Rəhimli (IV sinif), Nərmin Abdullayeva (V sinif), Ziya Muradlı (II sinif), Nuri Nuran (III sinif), Sona Bəkirova (II sinif), Ayişə Abdullayeva (II sinif), Nuri Nuranə (VI sinif), Mehdi Yəhyayev (V sinif), İbrahim Rəhimli (II sinif) fərdlənərək xüsusi sertifikata layiq görülüblər.
Nümunə olan şagirdlərimiz
Bu günlərdə daha bir sevindirici xəbər aldıq.Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən uşaq yaradıcılıq müsabiqəsində məktəbimizin yuxarıda adları çəkilən şagirdləri müxtəlif nominasiyalar üzrə fərqlənərək hər iki nazirlik tərəfindən Diplom, Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Sevinirik ki, fəal şagirdlərimiz məktəbin ictimai işlərində, rayon, respublika səviyyəsində keçirilən tədbirlərdə müntəzəm iştirak edirlər.
Gilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz