Azərbaycanın fəxri

İsmayıllı RİH-i başçısının Cülyan kənd İƏD-i üzrə nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə dəyirmi masa keçirilib. İştirakçılar H.Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan icra nümayəndəsi Tahir Hüseynov Ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Bələdiyyə sədri Vaqif Ağayev H.Əliyevin Respublika Partiya təşkilatına rəhbərlik etdiyi 1969-1982-ci illərdə gördüyü əzəmətli işlərdən, respublikada gedən inkişafdan danışıb.
Azərbaycanın fəxri
Nümayəndənin müavini Asif Qafarov Ümummilli liderin Moskvada işlədiyi 1982-1987-ci illərdə Azərbaycanın fəxri olaraq göstərdiyi rəşadətin ölkəmizin tarixinə əbədi yazıldığını qeyd edib.
Bu sətirlərin müəllifi, nümayəndəliyin baş mühasib-baş məsləhətçisi Saleh Həsənov “Heydər Əliyev müstəqillik dövründə Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda çıxış edərək H.Əliyevin Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək dünyəvi, unitar, hazırda inkişaf etməkdə olan, dünya ölkələri arasında layiqli yer tutan bir dövlət qurduğunu dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.
Sonda ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxundu və qeyd edildi ki, Azərbaycan durduqca H.Əliyev də Azərbaycanda var olacaq. Özünün dediyi kimi: “… Mən isə Azərbaycanda həmişə olacağam”.
Saleh Həsənov

Şərh Yaz