Karate üzrə rayon birinciliyi

Dekabrın 20-də rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Olimpiya-İdman Kompleksinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş karate üzrə rayon birinciliyi keçirilib.
Karate üzrə rayon birinciliyi
Yarış öncəsi yeniyetmə idmançılara həmrəylik gününün təsis olunması və mahiyyəti barədə geniş məlumat verilib. Birincilikdə həmin gün Zərdab rayonundan gəlmiş qonaq idmançılar da öz qüvvələrini sınayıblar. Qaliblərə rayon Gənclər və İdman idarəsinin diplom və medalları təqdim edildi.
Ş.Qafarova

Şərh Yaz