“İsmayıllı Yazarları” təqdim edir:

Cəbrayıl Hüseyn – Cəbrayıl Əmiraslan oğlu Hüseynov 1958-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub. Kəndin 8 illik məktəbində təhsil alıb. İsmayıllı şəhər 3 nömrəli məktəbində orta təhsilini başa çatdırıb.
“İsmayıllı Yazarları” təqdim edir:
Hərbi xidməti başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 19 saylı Yanğından Mühafizə hissəsində sıravi yanğınsöndürən kimi işə düzəlib.
1983-cü ildə Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Yanğınsöndürənlər məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra, 1987-ci ildə leytenant rütbəsi ilə Şəki şəhərinə Yanğından Mühafizə hissəsinə dövlət yanğın nəzarəti inspektoru vəzifəsinə təyin edilib. 1992-ci ildən İsmayıllı rayonunda, Yanğından Mühafizə Hissəsinə əvvəlcə baş inspektor, sonradan rəis müavini vəzifəsinə təyin edilib. Daxili xidmət mayoru rütbəsinə kimi yüksəlib.
Xidməti vəzifə dövründə Qarabağda gedən döyüşlərdə iştirak edib. Qarabağ müharibəsi veteranıdır. 2008-ci ildən 37 illik əmək stajı ilə təqaüdə çıxıb.
Ailəlidir. İki övladı var.
C.Hüseyn yaradıcılığa erkən yaşlarımdan başlayıb. Şeirləri dövri mətbuatda, rayonda müxtəlif adlarla çıxan qəzetlərdə dərc olunub. O, “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvüdür.

Ana

Mənim övladlarım nənə görmədi,
Ölüm möhür vurdu yaşına, ana.
Bu dünya fırlanır başıma mənim,
Dolana bilmədim başına, ana.

Xəyala dalıram, başım qarışır,
Bir dəli həsrətdən alnım qırışır.
Tər güllər, çiçəklər yaman yaraşır,
Sənin kirpiyinə, qaşına, ana.

Bu daşdan, torpaqdan qazandım, yedim,
Sənsiz bu çiçəklər, bu güllər yetim.
Gülümsər üzünü görə bilmədim,
Həsrətəm gözünün yaşına, ana.

Dünyaya gələndən ozanmışam mən,
Laylandan şairlik qazanmışam mən.
Ayağın altına uzanmışam mən,
Söykənib başının daşına, ana.

Cəbrayıl, dünyada möcüzələr var,
Kim səni anlayar, kim səni qınar.
Bir parça torpağa sığmaz analar,
Nə deyim bu saxta arşına, ana.

20 Yanvar

Nəğmələr titrəyib susdu dodaqda,
Г‡içəklər islandı al qan içində.
Soyuq yanvar günü dağüstü parkda,
Yüz məzar qazıldı bir an içində.

Papaqlar başlardan uzaq düşdülər,
Г‡əkmələr yol üstə qalaqlandılar.
Kövrək ürəklərdə yanan arzular,
Torpağın üstündə çıraqlandılar.

O, nə fərman idi, nə oyun idi
O, nə ordu idi körpəyə qıydı?
Toyun ertəsi gün bəylə gəlini,
Güllə yarasıyla torpağa qoydu?!

Sonra da böhtanlar həddini aşdı,
O, böhtan daşları kimlərə dəydi?
Müşfiqin yarası sağalmamışdı,
Xəlilin sorağı qəddimi əydi.

Qəlbim yaş içində gözlərim quru,
Ey qatil bu mənim öz vüqarımdır.
Şəhid övladların məzar daşları,
Г‡iynimdə rütbəlidir, paqonlarımdır.

Gətirməz

Düz yolları əyri gedən,
İz üstünə iz gətirməz.
Sönüb gedər od ocağı,
Köz üstünə, köz gətirməz.

Halallıqla bitən zəmi,
Görər bütöv bir aləmi.
Г‡örək kəsib kişi kimi,
Süfrəsinə duz gətirməz.

Əyri çəkər tərəzisi,
Şər tərəfə əyər gözü.
Yeddi pəncə çalar üzü,
Dilə doğru söz gətirməz.

Olmaz bircə dost-tanışı,
Nə yaddaşı, nə yurddaşı,
Boş gəzdirər patrondaşı,
Üstündə giliz gətirməz.

Cəbrayıl da əldə qələm,
Qəlbdə atəş, saçlarda dən.
Qayıdıb qəm zirvəsindən,
Yanğısına buz gətirməz.

Gedirəm

Təbim köklədikcə duyğularımı,
Əriyib gedirəm, axıb gedirəm.
Ağrımı, acımı, yanğılarımı,
Kövrək misralarla yaxıb gedirəm.

Bu dünya bürünüb süd qoxusuna,
Əllərin, tellərin hanı ay ana,
Bir az da aşağı enibdir səma,
Üstünə bir ulduz taxıb gedirəm.

Uzaq bir ünvana gecikən günəm,
Duyğusu həqiqət, yuxusu cinəm.
Ay mənim bəxtimə ilişən sənəm,
Sənin də qolundan çıxıb gedirəm.

Qardaş

Vaxt tapıb yaratdıq qayçılar ilə,
Kaş gəlib yetəydi əlliyə, qardaş.
Buludlar yolubdur yağış, qar ilə,
Enmirik çəmənə, güllüyə, qardaş.

Ağarıb günbəgün kirpikdə, qaşda,
Üşüyüb, titrəyib, ayaq da, baş da.
Toplayıb gücünü payız da, qış da
Yükləyib bu kiçik çilləyə qardaş.

Ova çıxdığımız o, çağlar hanı?
O, dağlar, dərələr, ocaqlar hanı.
Söylə yadındamı, iki dovşan,
Vurardıq tək bircə gülləyə, qardaş.

Yanaq özümüzü, közə saxlayaq,
Səksənə, doxsana, yüzə saxlayaq.
Böyük qüvvəmizi sözə saxlayaq,
Dözək zaman vuran silləyə, qardaş.

Getməyəcəm

Siz ey bu dünyanın başın qatanlar.
Səbir oğurlayıb, səbir satanlar,
Cənnətə düşməyə növbə tutanlar,
Mən hələ dünyadan getməyəcəyəm.

Əyrilər düzlərə güc eyləyən vaxt,
Tikib qurduğunu heç eyləyən vaxt ,
Allah da hökmünü gec eyləyən vaxt,
Mən hələ dünyadan getməyəcəyəm.

Ömrümü, günümü sərt qışda qoyub,
Dumanda, çiskində, yağışda qoyub.
Oğlumu, qızımı, çaş-başda qoyub,
Mən hələ dünyadan getməyəcəyəm.

Torpağım düz idi başımın üstə,
Əyilib düşübdü qaşımın üstə.
Nə ad yazılacaq daşımın üstə,
Mən hələ dünyadan getməyəcəyəm.

Г‡ıxsam bu qışdan

Saxlayıb özümü çıxsam bu qışdan,
Oturub doyunca ağlayacağam.
Hər səhər yerimdən durub o, başdan,
Şehli çiçəkləri qoxlayacağam.

Sevirəm dünyanın hər işığını,
Zəif işığını, gur işığını.
Qoparıb göylərdən göy qurşağını,
Kərəmtək belimə bağlayacağam.

Mən erkən don vurmuş bir tağam lələ,
Yarpaq yaşadıram üstümdə hələ.
Bir ovuc torpaq da götürüb hələ,
Özümdən yadigar saxlayacağam.

Oyun, oyun deyil, zər də zər deyil,
İki, iki deyil, bir də bir deyil.
Kürrə, kürrə deyil, yer də yer deyil,
Gedib ulduzları yoxlayacağam.

Getsin

Keçdin iynələr gözündən,
Bu dünyanın hər üzündən.
Küsmüsənsə öz-özündən,
Barış getsin.

Yaşamadın dəmli, dəmli,
Ömür sürdün qəmli, qəmli,
Yanaqları nəmli, nəmli,
Alış getsin.

Nə qalıbdı səndən-sənə,
Kiçilirsən gündən-günə.
Avarın yox bir yelkənə,
Qovuş getsin.

Ver ruhunu mələklərə,
Nəfəsini küləklərə,
Bir təpədə çiçəklərə,
Qarış getsin.

İsinişməz

Tut gətir ünvanın dəyiş,
Lap yuvasın qının dəyiş.
Damarında qanın dəyiş,
İlan sənə isinişməz.

Evinin baş bucağında,
Qızınsa od-ocağında.
Yuxulasa qucağında,
İlan sənə isinişməz.

Oyanıb, durub gedəcək,
Əslini sorub gedəcək.
Quyruğun qırıb gedəcək,
İlan sənə isinişməz.

Ad günlərimi

Qayğılar selində elə ötdü ki,
Saxlaya bilmədim şad günlərimi.
Ömür bu axarla elə ötdü ki,
Keçirə bilmədim ad günlərimi.

Könlümü aranda, gah dağda gördüm,
Titrək bir yarpağam budaqda gördüm.
Şaxtada, boranda, sazaqda gördüm,
Közlü günlərimi, od günlərimi.

Dünyaya gəldiyim o, hansı ildi,
Mənim gəlişimə Allah vəkildi.
Kimi tikan bildi, kimi gül bildi,
Vətən günlərimi, yurd günlərimi.

Titrədi mizrabın bir sarı simi,
Güldürüb görəsən zəmanə kimi?
Doğmalar bir çiçək umana kimi,
Quşlar da dənlədi, tut günlərimi.

Bax belə, ocaqda əlim isindi,
Ürəyim isindi, qəlbim isindi.
Təkcə sən bilmirsən baldan şirindi,
Ud, görən olmasın, ud günlərimi.

Səkkizlik

Yalandır, aldığın, verdiyin nəfəs,
Böhtan danışırsan, ara qatırsan.
Vicdanı təmizlər ləkə götürməz,
Lap belə palçığa, qıra batırsan.

Ay ürəyi xəbis çəkil yolumdan,
Sən şər doğulmusan, şər əkəcəksən.
Bir gün bədənindən ayrılanda can,
Tabutun içində tər tökəcəksən.

Qayıt geri

Г‡içəkləri qar bilmə sən,
Ürəyimi dar bilmə sən,
Qayıtmağı ar bilmə sən,
Qayıt geri.

Bir sevinən günüm olsun,
Bir sirdaşım, ünüm olsun.
Qoy günahlar mənim olsun,
Qayıt geri.

Hər buludu yağış bilmə,
Hər nəzəri baxış bilmə.
Eniş bilmə, yoxuş bilmə,
Qayıt geri.

Qəlbim ocaq, başım baca,
Ahım dərin, göyüm uca.
Pərvazlanıb uça-uça,
Qayıt geri.

Hər kəlmənin dadı ilə.
Məni dünya şadı eylə.
Dön qaranquş adı ilə,
Qayıt geri.

Qalırsan

Səndən acı söz götürüb gedirəm,
Yaram üstə duz götürüb gedirəm.
Yollarımı düz götürüb gedirəm,
Saçlarını yana töküb qalırsan.

Tənhalaşıb, təklənibdir kölgələr,
Qəribsəyib durduğumuz döngələr.
Dillənməyir, danışmayır ləpələr,
Göl dibinə ləl tək çöküb qalırsan.

Ney itirib, ud itirib yanmışam,
Kirpiyimlə od götürüb yanmışam.
Qocalmışam, əyilmişəm, sınmışam,
Bəlkə elə məndən ürküb qalmısan?

Yükümüz bir, çəkimiz bir kürəkdə,
Baxışımız, gözümüz bir eynəkdə.
Söylə görüm yumruq boyda ürəkdə,
Qollarını necə büküb qalırsan?

Qayıtmaz

Dönən durnaların köçünə baxma,
Bir də o səmaya qəlbim qayıtmaz.
Mənim gözlərimin içinə baxma,
Adını tutmağa dilim qayıtmaz.

Elə zamanlarda ötmüşəm ki, mən,
Elə dumanlarda itmişəm ki, mən.
Elə tufanlarda batmışam ki, mən
Əsib tellərinə yelim qayıtmaz.

İnsan bu dünyaya gələndən bəri,
Cismi gedəridir, ruhu köçəri.
Açıb qapımızı girsən içəri,
Qapını örtməyə əlim qayıtmaz.

Buludlar içindən keçən yolmusan?
Necə kövrəlmisən, necə dolmusan?
Sən mənim canımı elə almısan,
Daha bu ünvana ölüm qayıtmaz.

Kim verib görən?

Ay məni yandırıb üstümdən keçən,
Alovumdan keçən, istimdən keçən.
Uçub səmalara tüstümdən keçən,
Sənə o, qanadı kim verdi görən?

Bütün ucaların ucası Allah,
Cavanı, yaşlısı, qocası Allah.
Qəlbimin ən iri parçası Allah,
Sənə o, qanadı kim verdi görən?

Hara boylanırsan, Orada şeytan,
İndi ağ da şeytan, qara da şeytan.
Г‡atdımı görəsən, murada şeytan?
Sənə o, qanadı kim verdi görən?

Mənimlə hər ötən günün gün idi,
Bütün yuxuların onda çin idi.
Enə bilirsənsə qayıt en indi,
Sənə o, qanadı kim verdi görən?

Eylədi

Elə mehr saldı bu dağlar mənə,
Məni dərdlərinə ortaq eylədi.
Nağıllar danışıb yarpaqlar mənə,
Kövrəldib qəlbimi bulaq eylədi.

Vallah qurumazdı gözümün nəmi,
Tərpətmə sinəmdə o, sarı simi.
Alıb əllərimdən yetimliyimi,
Г‡əkib süfrəsinə qonaq eylədi.

Г‡içəklər naz satdı qız baxışında,
Ocaq baxışında, köz baxışında.
İsladıb piltəsin yaz yağışında,
Yandırıb ömrümü çıraq eylədi.

“Ayağı dəryada, başı buludda”
Şimşək çaxmağınla dünyanı “odda”
Soyudub qəzəbin qoca palıdda,
Sovurub bir daşı torpaq eylədi.

Dərələr kiminsə xəyanətimi?
Zirvələr kiminsə cəsarətimi?
Yüz ilin, min ilin hekayətini?
Yaxıb qayalara suvaq eylədi.

Açıbdı güllərin döşündə qönçə,
Gəl iylə ətrini qoxla doyunca.
Qara buludları başında xonça,
Gümüş dumanını duvaq eylədi.

Zümrüd meşələri bürünüb zərə,
Ağaclar oxşayır yaşıl əllərə.
Sərçələr bir toxum salmışdı yerə,
Göyərdib gör necə budaq eylədi.

Küləklər üfürən qara zurnamı?
Bu payız günündə çaldı havamı.
Sən şəhər gözəli, mən kənd adamı,
Vallah həsrətin də lap ağ eylədi.

Mənadır, hikmətdir gözümün barı,
Qüdrətdən süzülür şerimin nuru.
Qara şəvə kimi qıvrım saçları,
Zülmət gecəsində düm ağ eylədi.

Cəbrayıl, gözündə gah duman, gah çən,
Əsir dizlərin də büdrəyir hərdən.
Uzan torpağına dikələcəksən,
Bəlkə baş daşını dayaq eylədi.

Şərh Yaz