İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli cənab Sadıqov!
Sizə öz salamlarımı çatdırıram və YUNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində keçirilən 10-cu sessiyasında ”Lahıc misgərlik sənəti”nin qeyri-maddi mədəni irs siyahısında yer alması ilə bağlı Sizə öz təbriklərimi bildirmək istəyirəm.
Hələ qədim zamanlardan Lahıcın Azərbaycanın misgərlik mərkəzlərindən biri olduğunu bilirəm. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiri olaraq, dəfələrlə İsmayıllı rayonunda yerləşən Lahıc qəsəbəsinə səfər etmişəm və burada yaşayıb-yaradan Lahıc misgərlərin misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatların hazırlanması prosesi ilə yaxından tanış olmuşam. Hələ o zaman Lahıc ustalarının hazırladıqları sənət nümunələri məni öz orijinal formaları və zərif işlənmələri ilə valeh etmişdir.
Hesab edirəm ki, YUNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Azərbaycanın mədəni dəyərlərinə verdiyi yüksək qiymət təqdirə layiqdir.
Bir daha bu mühüm hadisə ilə Sizi təbrik edirəm və gələcəkdə də misgərlik sənətinin inkişaf etməsini arzu edirəm.
Dərin hörmətlə:
Tsuquo Takahaşi,
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

Şərh Yaz